09 dekabr 2023 02:58
417

Sığala öyrəşmiş “qucaq dövləti”

Haylar heç vaxt müstəqil yaşaya bilməyiblər

Dünyada bizim bildiyimiz iki Alen var. Onların biri ağıllı, sənətini incəliklərinə qədər mənimsəyən, oynadığı rollarla insanların ruhunu oxşayan, tutduğu yolun onu hara aparacağını bilən dünyaca məşhur fransız kinoaktyoru, Hollivud ulduzu Alen Delondur. Ən əsası isə bütün dünya xalqlarının hörmət və məhəbbətini qazanmış nəhəng sənətkardır. Onun bir sıra rolları, "Zorro" filmində yaratdığı qəhrəman obrazı nüfuzlu mükafatlara layiq görülüb.

Ancaq bu biri Alen ad batıran, peçəsində yarıtmaz, mənsub olduğu mağara toplumunun, qonşu xalqların nifrətini qazanan, ulduz deyil, zərrəcik belə ola bilməyən Alen Simonyandır. O biri Alendən çox fərqli olaraq bu Alen fərsizin biridir. Sadə dildə desək, siyasətdən başı çıxmayan orta statistik ermənidir. O, Ermənistan parlamentinin spikeri kreslosunu məşğul etsə də dövlətini, millətini fəlakətə sürükləyən "tupoy"lardandır. Adam vəzifə məsuliyyətini nə qədər itiribsə yüz illərdir qapazaltısı olduqları Rusiyaya meydan oxumaqda davam edir. Bu, qarışqanın filə meydan oxumasına oxşayır. Mətləbə keçək.

“Rusiya tərəfinin elan edilmiş prinsiplərə və imzalanmış sənədlərə sadiq qaldığını göstərmək şansı var”.

Erməni mediasının məlumatında bildirilir ki, bu sözləri bir neçə gün əvvəl Ermənistan parlamentində jurnalistlərlə söhbətində spiker Alen Simonyan söyləyib. Onun pafosla dediyi bu sözlərin arxasında gizli ironiya özünü göstərir. Paradoksa baxın, əvvəllər qarşılarında mil dayanıb əmrlərinə yalnız "baş üstə" deyən Simonyan birdən-birə cürətlənib ağalarına asi düşür, onlara guya təzyiq edir, məsləhət verir. Sadə adamlar bu yerdə deyirlər: Qudurasan qurbağa!

Alen Simonyan Rusiyanın Ermənistana silah tədarükü ilə bağlı yaranan problemlər barədə də danışıb: “Lakin bu, heç bir halda İrəvanın Ermənistanın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı qərarına təsir etməyəcək. Əgər öhdəliklər yerinə yetirilməzsə və bu faktdırsa, Ermənistan birmənalı olaraq öz maraqlarını müdafiə etməlidir”. Onun sözlərindən anlaşılır ki, haylar öz maraqlarını Rusiya ilə əməkdaşlıqda görmürlər.

Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının və Avrasiya İqtisadi İttifaqının iclaslarında iştirak etməməsi ilə bağlı Simonyan bunları deyib: “Mən iştirak etməyin mənasını görmürəm, çünki həll olunmamış məsələlər var, insanlar öz öhdəliklərini yerinə yetirmirlər. Amma biz ancaq Ermənistanın ünvanına qınaq sözləri eşidirik. Ermənistan Ukraynaya humanitar yardım göndərəndə Rusiya tərəfi böyük hay-küy saldı, Azərbaycan isə bunu dəfələrlə edib. Ukrayna Prezidenti dəfələrlə Azərbaycan Prezidentinə təşəkkür edib, lakin biz “ədalətli” Rusiya Xarici İşlər Nazirliyindən bir kəlmə də eşitməmişik. Ermənistan məsələsində Rusiya Federasiyası çox ağrılı reaksiya verir, Azərbaycan məsələsində isə mənim fikrimcə, ya bacarmır, ya da hiss etmirmiş kimi davranaraq yaxşı sifət göstərir”.

Ölkəsinin düşdüyü dərin quyudan çıxması üçün çarə axtarmalı olan Alen Simonyan dövlətlərin Azərbaycana göstərdiyi hörmətdən qısqanclıqla danışır. Başayaq düşünüb danışdıqları üçündür ki, indi Hayastanda hər iş elə başayaq düşüb. Belə görünür ki, hətta birtəhər XXI əsrə gəlib çıxan haylar dilənçi-yolçu psixologiyasından  uzaqlaşa bilməyiblər. Rusiyanı da onların sərsəm və təhlükəli oyunlarına qoşulmamaqda ittiham edirlər. Halbuki 200 ildir ki, Cənubi Qafqazda Rusiyanın hesabına mövcud olublar, qondarma dövlət qurublar və yaşayıblar. Yoxsa orda-burda köçəri qaraçı həyatı sürən haylar hara, dövlət hara?  

Son illər Qərbin, xüsusilə ABŞ və Fransanın fitnələrinə uyan haylar Rusiya-Ukrayna müharibəsi başlamazdan əvvəl ona xəyanət edərək arxasından qaçırlar. Artıq onlar iki ildən artıqdır ki, başqa himayə-“isti qucaq”axtarırlar. Çünki müstəqil yaşamağa qabil deyillər, axı, onlar bünövrədən “qucaq dövləti” kimi quraşdırılıblar.

Vəli İlyasov, "İki sahil"