07 dekabr 2023 14:40
105

Ulu Öndər məcburi köçkünlərin ən böyük himayədarı idi

Ulu Öndər Heydər Əliyevi daim narahat edən problemlərdən biri də qaçqın və məcburi köçkünlərin problemləri , onların ağır şəraitdə yaşamaları idi. Bu dahi şəxsiyyət dəfələrlə çadır şəhərciklərində olmuş, onlarınq yaşayış şəraiti ilə tanış olmuşdu. Onun bu şəhərciklərə hər gəlişi əsl hadisə olardı. Ulu Öndərin hakimiyyəti illərində qaçqın və məcburi köçkünlər beynəlxalq humanitar yardım alır, onların məişət şəraitinin yaxşılaşdırılması üçün dövlət səviyyəsində tədbirlər həyata keçirilirdi. Çıxışlarının birində Ulu Öndər demişdi: «Bu insanların məskunlaşdıqları yerlərdə yaşamaları, əmək fəaliyyəti ilə məşğul olmaları üçün bütün imkanlardan istifadə edirik. Biz əlimizdən gələni edirik ki, sizin yaşayışınız müəyyən qədər normal olsun. Amma aydındır ki, yerini, yurdunu itirmiş insanların yaşayışı çətindir. Bu, sizi də, bizi də incidir».

Göründüyü kimi, Ulu Öndər insanların ağrılarını dərindən duyur, onların xilası yollarını axtarırdı. Eyni zamanda Ulu Öndər işğal altında olan torpaqların azad edilməsi üçün bütün imkanlardan istifadə edirdi.

Qaçqın və məcburi köçkünlərin sosial- məişət problemlərini həll etmək üçün ölkəmizə böyük məbləğdə maliyyə vəsaiti lazım idi. Ona görə də Azərbaycan nefti dünya bazarlarına çıxdıqca və dövlət büdcəmizə valyuta daxil olduqca bu problemlərin həllinə başlanıldı. Məhz bu səbəbdəndə Ulu Öndər 22 avqust 2001-ci ildə «Erməni millətçilərinin apardığı etnik təmizləmə nəticəsində Ermənistan ərazisindəki öz tarixi torpaqlarından didərgin salınmış azərbaycanlıların məskunlaşması problemlərinin həlli haqqında» Fərman imzalamışdır.

Ümumiyyətlə, Ulu Öndərin hakimiyyəti illərində  qaqın və məcburi köçkünlərin sosial problemlərinin həlli və onların hüquqlarının qorunmasına dair  20-dən çox fərman və sərəncam imzalanmışdır. Eyni zamanda, müvafiq Sərəncamla «Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə Dövlət Proqramı»təsdiq olunmuş, «Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu» yaradılmış, bir sıra mühüm tədbirlər həyata keçirilmişdir. Həmçinin «Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında», «Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında» Azərbaycan Respublikasının qanunları qəbul edilmişdir.

Qaçqın və məcburi köçkünlərin problemlərinin həllinin ən mühüm, ən vacib məsələlərdən biri olduğunu vurğulayan Heydər Əliyev 1999-cu ilin mart-sentyabr aylarında qaçqın və məcburi köçkünlərin yaşadıqları yerlərdə olub onların vəziyyətini öyrənən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının rəhbər nümayəndələrini qəbul edərək heyətin Azərbaycana gəlib qaçqın, məcburi köçkünlərin problemlərini araşdırmasını yüksək qiymətləndirmişdir. Həmin ilin sentyabrında BMT-nin qaçqınlar üzrə ali komissarı Sadako Oqata da Bakıya gəlmişdir. Qaçqın və məcburi köçkünlərə komissarlıqla yanaşı, bir sıra ölkələr, xüsusilə İran, Türkiyə, Səudiyyə Ərəbistanı və beynəlxalq təşkilatların xətti ilə Avropa dövlətləri də böyük yardım göstərmişlər.

Qürurla deyə bilərik ki, bu gün Ulu Öndərin ruhu şaddır. Ona görə ki, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin Sərkərdəliyi ilə ordumuz işğaldakı torpaqlarımızı azad edərək ərazi suverenliyimizi bərpa edib. Artıq məcburi köçkünlərin öz doğma torpaqlarına Böyük Qayıdışı başlayıb. 30 il əvvəl erməni işğalçıların viran qoyduqları rayonlarımız indi Gülüstana çevrilir. İnsanlar burada qurub- yaradırlar.

İsmayıl İbrahimov,
YAP Hacıqabul rayon təşkilatının sədri