08 dekabr 2023 12:12
490

Xalqımız Zəfər seçkilərinə də inamla gedir - Aydın Hüseynov

“Prezident İlham Əliyev növbədənkənar prezident seçkilərinin keçirilməsi barədə verdiyi sərəncam yeni reallıqlardan irəli gəlir. Nəzərə almaq lazımdır ki, 2020-ci ilin sentyabr ayında başlanan və cəmi 44 gündən sonra 30 illik işğala son qoyan Vətən müharibəsindən sonra keçirilən ilk seçkilərdir. Bu müddət ərzində Azərbaycan çox böyük uğurlara imza atıb. Həm müharibəni, həm də yenidənqurma işlərini təkbaşına aparır. Bütün bu uğurların altında Silahlı Qüvvələrimizin Ali Baş Komandanı, Prezident İlham Əliyevin imzası var. Deməli, indiki növbədənkənar prezident seçkilərini həm də Zəfər seçkiləri də adlandırmaq olar və xalqımız  bu seçkilərə də inamla gedir”.

Bunu “İki sahil”ə açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

A.Hüseynov qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ən qüdrətli dövrünü yaşayır: “Reallıq budur ki, seçkilərin nə vaxt keçirilməsindən asılı olmayaraq nəticə xalqın istəyinə uyğun olacaq. Bu seçim 2024-cü ildə də, 2025-ci ildə də dəyişməz qalacaqsa, ölkəmizdə dinamik olaraq genişlənən inkişafı, Qarabağımızda aparılan quruculuq işlərini, xarici siyasətimizdə əldə etdiyimiz misilsiz uğurları seçkilərlə niyə ləngidək? Bütün gerçəkliklər nəzərə alınıb və seçkilərin sadəcə vaxtı irəli çəkilib. Yox, kimsə 2025-ci ilədək xalqın seçiminə hansısa siyasi zümrənin təsir edə biləcəyini düşünürsə yanılır, bunlar boş və xam xəyallardır. Əminliklə demək olar ki, xalqımız bu dəfə də Prezidentimizin yanında olacaq, Ulu Öndərimizin təməlini qoyduğu siyasəti dəstəkləyəcək”.