07 dekabr 2023 22:34
270

Bütöv və süveren Azərbaycanın müəllifi Odur, 7 fevralın Qalibi də O, olmalıdır

Aydın Quliyev

Fevralın 7- ə təyin edilmiş növbədənkənar Prezident seçkiləri müasir Azərbaycanın tarixində əvvəlki seçkilərdən mahiyyətinə və məzmununa görə çox  fərqlidir. Bu hadisə  müstəqil və süveren dövlətçilik prinsiplərinin məntiqinə və fəlsəfəsinə tam uyğundur. Sözsüz ki, əvvəlki hər bir seçkinin müstəqilik tariximizdə öz yeri və öz önəmi var. Hər seçki ilə xüsusulə son 25-30 ildə dövlətimizin inkişafında yeni mərhələnin və səhifənin açıldığı mübahisəsizdir .
7 fevral seçkiləri Azərbaycanın tam yeni bir sima ilə qatılacağı və özünü dünyaya yeni imiclə nümayiş etdirəcəyi hadisədir. Müstəqilliyimizin elan olunduğu 32 illik müstəqillik  dövründə həm ərazi bütövlüyü,  həm də  süverenlik baxımından dövlətimizin gücünü və potensialını tam əks etdirən seçkini ilk dəfə 7 fevralda keçirəcəyik. Açıq deyək ki, bu dövrdə erməni təcavüzü , etməni işğalları və irticaçı etnik  separatizm Azərbaycana belə məzmunda seçkini keçirmək imkanı vermədi. Keçirilmiş  seçkilərdə Azərbaycan seçicilər ordusu baxımından tam təmsil olunsa da, bütün ərazilər üzərində süverenlik  baxımından təmsil oluna bilmədi. Xaricdən dəstəklənın separatizm və Ermənistanın təcavüzü böyük qaçqınlar və məcburi köçkünlər problemi yaratdı Nəticədə elə bir vəziyyət yarandı ki , şuşalı , Zəngilan, laçınlı və digər məlum bölgələrimizi təmsil edən insanlar Azərbaycanın başqa yerlərində seçici və ya iddiaçı kimi seçkiyə qatılmaq zorunda qaldılar.
7 fevral seçkiləri bu mənada hamını və bütün bölgələrimizin müstəqillik tariximizdə ilk dəfə olaraq vahid bir seçki prosesinin çətiri altına alacaq.
Bəzən fövqəladə və ya növbədənkənar adlandırılsa da, əslində onun mahiyyətcə fövqəladəliyi və ya növbəsizliyi məsələsi yoxdur.Lap yerində və zamanında təyin olunmuş seçkidir. Süverenliyini və ərazi bütövlüyünü tam mənada bərpa etmiş bir dövlətin tarixi əhəmiyyətli kampaniyasıdır. 
Seçkiyə qədərki bir sıra hadisələr bir-birini tamamlamaqla 7 fevral hadisəsini zəruri etdi və bütün sonrakı müstəqillik tariximizdə şərəflə xatırlanacaq bir mərhələ açdı .

Əvvəlcə az qala bütün dünyanın iradəsinə və səhv siyasətinə əks olaraq Prezisent İlham Əliyev ərazi bütövlüyümüzün bərpası yolunu açan qalibiyyətli Vətən müharibəsini başa çatdırdı. Ardınca yenə də çox güclü dünya qüvvələri ilə siyasi-diplomatik savaş içində Laçın yolu üzərində Azərbaycanın dövlət nəzarətini bərpa etdi. Xatırladaq ki, bu böyük işlərin mühüm özəlliklərindən biri o idi ki, bunlar həm xaricdən gələn böyük təzyiqlərin, həm də çox təəssüf etdiyimiz bəzi daxili təzyiqlərin altında baş verirdi. Dünyadan gələn təzyiqlər başa düşülən idi. "Hanı qalibiyyət, hanı Xankəndi, hanı Xocalı " deyərək 8 noyabr Zəfərinin üstünə "bıçaq çəkən" daxili təzyiqçilərin məntiqi normal deyildi.Sonrakı hadisələr onlara da sübut etdi ki, bütöv və qəti qələbənin həlledici şərti "Nəyi nə zaman etmək" prinsipinə düzgün əməl edilməsindədir. Ölkədə hər növ gücün toparlayıcı faktoru olaraq prezident İlham Əliyevin bu böyük prinsipinin nə qədər həlledici olduğunu hər kəsin görə bilməsi üçün cəmi 24 saat vaxt  lazım oldu. 8 noyabr Zəfəri ilə 20 sentyabr tədbirlərinin arasındakı dövrdə xaricdəki erməniyönlü basqınçılara qoşularaq öz dövlətinə təzyiq göstərənlərin hansı dərsləri alıb - almadıqlarını öz vicdanlarına buraxaq. Ancaq 20 sentyabr 2023- cü il tarixində dövlətimizin ərazi bütövlüyü və suverenliyinin bərpası prosesi mübahisəsiz bur sonluqla başa vuruldu. İllər boyu dövlətimizə, xalqımıza ərazi bütövlüyü və süverenlik prinsipi çərçivəsində prezident seçkisi keçirməyə imkan verməyən 3 problemin kökü birdəfəkik kəsildi - xarici təcavüz, erməni işğalı və erməni separatizmi.Bürün bunlar Azırbaycanı tam fərqli məzmunda 7 fevral seçkisinə gətirib çıxaran yolun müstəsna əhəmiyyətli faktlardır...

Bu yolun xarakterini ən müxtəlif göstəricilərlə şərh etmək olar. Ancaq ən ədalətli göstərici budur ki, İlham Əliyev əyləşdiyi Prezident kreslosunun imkanlarını, özünün qat-qat açılan istedadını və söz verdiyi xalqın dəstəyini məharətlə birləşdirə bildi və bunun sayəsində də yolun başına zərərlərə  çıxa bildi.O bu yolu gerçəkləşdirmək missiyası ilə hakimiyyətə gəldi, bu yoldakı bütün potensialları səfərbər edərək  Azərbaycanın tarixində ərazilərimizin bütövünü və süverenliyini ilk dəfə əhatə edən çeçkiyə qədər gətirə bildi.

Bütün Azərbaycanı mütəşəkkil bir qüvvə kimi ilk belə seçkiyə gətirib çıxaran İlham Əliyevin elə bu andan başlayaraq ölkəmizin Prezidentlik İnstitutu tarixində yeni mərhələnin müəllifi olmağa tam haqqı çatır. Dövlətin ərazi bütövlüyünü O, təmin etdi,  süverenliyini O, qaytardı, bölgəmizdə indi hamının barışmaq zorunda olduğu reallıqları O, yaratdı. 7 fevral seçkiləri ilə başlayacaq yeni Prezidentlik İnstitutu dövrünün banisi və müəllifi də niyə o özü olmasın?!.Olmasa, ədalət yarımçıq qalar....Ədalət o zaman bütövləşər ki, Qalib ölkənin Qalib Prezidenti seçılsın...

7 fevralda Prezidentlik İnstititunda yeni məzmunlu mərhələ başlayacaq. Həmin gün xalqın dəstəyi ilə seçilmiş Prezident bütün haqla dünyaya "bütöv və süveren Azərbaycanın müəllifi də, ilk Prezidenti də mənəm" mesajını verəcək...

Yeni yolunuz da uğurlu olsun, cənab Prezident!..