05 dekabr 2023 15:14
109

Zəfərimizin Paradı  

Azadlıq meydanı bir çox paradlara şahidlik edib. Amma heç bir parad 2020-ci il 10 dekabr paradı kimi əzəmətli olmayib. Bu parad 30 illik niskilə, 30 illik Vətən həsrətinə son qoymuş rəşadətli ordunun paradı idi. Sanki parad deyildi, 44 günlük Vətən Müharibəsində düşmənə diz çökdürən ordunun öz xalqı qarşısında hesabatı idi. Bu parad hər bir azərbaycanlının uzun illər böyük həsrət və sevinclə  gözlədiyi qələbənin paradı idi.

Türk Dünyasının iki məglubedilməz, məgrur liderinin qəbul etdiyi bu paradda Azərbaycan bir daha öz gücünü dostuna və düşməninə nümayiş etdirdi.Bu Ermənistana və onun havadarlarına həm tutarlı cavab həm də mesaj idi. Ermənistan uzun illər xalqımızın başına gətirdiyi faciələrə , tökdüyü nahaq qanlara görə cavabını aldı.  Eyni zamanda Ermənistana və onun timsalında bütün Türk Dünyası düşmənlərinə mesaj verildi ki, Azərbaycanla hərb dilində hədə-qorxu ilə danışmaq olmaz. Kim əgər buna bir də cürət edərsə layiqli cavabını alacaq.

Paradda 3000 nəfərdən artıq şəxsi heyət, 150-dək hərbi texnika o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artileriya qurguları hava hücumundan müdafiə sistemləri eləcə də hərbi gəmi və katerlərin nümayişi oldu. Həmçinin Vətən Müharibəsi zamanı Azərbaycan Ordusu tərəfindən darmadağın edilmiş və ələ keçirilmiş hərbi qənimətlərin bir qismi də nümayiş etdirildi. Düşünürəm ki, hər bir xalqın tarixində dönüş nöqtəsi olan və tale yükü daşıyan əhəmiyyət  hadisələr olur. Zəfər paradı bu qəbildən olan hadisələrlərin cərgəsində ən başda dayanır desək yanılmarıq. Çünki Zəfər paradı hər bir xalqın, dövlətin varolma kimliyinin təsdiqidir.

Zəfər paradında Azərbaycan Silahlı Qüvvələrinin tərkibindəki, bütün hərbi strukturların, ayrı ayrı qoşun növlərinin hərbi birliklərin bölmələri, hərbi tədris müəssisələrinin kursantları iştirak etdi. Müdafiə Nazirliyi, ,Dövlət Sərhəd Xidmətini, Daxili İşlər Nazirliyini təmsil edən qoşunlarımız bu müharibədə qarşılarında duran vəzifələri layiqincə yerinə yetirdilər.Həmçinin Dövlət Təhlükəsizliyi Xidmətinin, Xarici Kəşfiyyat Xidmətinin bölmələri öz vəzifələrini uğurla yerinə yetirdilər. Prezident, Ali Baş Komandan İlham Əliyevin Sərancamları ilə  vətən borcunu layiqincə yerinə yetirən hər bir əsgər və zabit orden və medallarla təltif olundu.

Zəfər Paradında ürək açan mənzərə yalnız Azərbaycan Ordusunun rəşadətli əsgər və zabitlərinin keçidi, ordunun maddi texniki bazasının, döyüş meydanında əldə olunmuş hərbi qənimətlərin nümayişi deyildi. Hər bir azərbaycanlı böyük fərəh və qürur hissi isə Türkiyə Respublikasının prezidenti Rəcəb Tayib Ərdoganın iştirakini və Türkiyə hərbçilərinin nümunəvi keçidini izlədi.

Tükiyə Respublikası həm 44 günlük Vətən müharibəsində , həm də ondan əvvəlki illərdə siyasi müstəvidə apardıgımız haqq savaşlarında daim Azərbaycanın yanında olub. Mənəvi dəstək olub. Azərbaycan- Türkiyə münasibətləri parlaq qələbəmizdən sonra yeni mərhələyə- müttəfiqlik mərhələsinə qədəm qoydu. Azərbaycan prezidenti Cənab İlham Əliyev qeyd edirdi ”Bu birliyimizin qardaşlığımızın təzahürüdür. Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır, sevindirir.Bu gün biz birlikdə Zəfər paradında iştirak edərkən bir daha bizim birliyimizi həm xalqımıza eyni zamanda bütün dünyaya göstərdik ”

Zəfər paradı Erməni mifinə son qoydu. Azərbaycan Ordusu öz qəhrəmanlığı və peşəkarlığı ilə həm Ermənistan silahlı qüvvələrini həm də erməni mifini məhv etdi. Yenilməz Ermənistan ordusu 44 günə darmadağın edildi. Təcavüzkar düşmən Azərbaycan əsgərinin gücünü gördü və layiqli cavabını aldı.

Zibaxanım Cəfərli,
YAP Xətai rayon təşkilatının "Məshəti 3" ünvanı üzrə ərazi partiya təşkilatının sədr müavini