Azərbaycanda Türkiyənin ASELSAN şirkətinin “Nəqliyyat vasitələrinin aşkarlanması və yüksək sürətli çəki ölçmə sistemi layihəsi”nin Əsas İdarəetmə Mərkəzinin açılışı olub.
“İki sahil” xəbər verir ki, tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı, şirkətin Bakıdakı nümayəndəsi Özgür Kurum, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, İşçi Qrupunun rəhbəri Rəhman Hümmətov və digər rəsmilər iştirak ediblər.
Ö.Kurum çıxışı zamanı söyləyib ki, ASELSAN daim Türkiyə ilə yanaşı, Azərbaycanın da yanında olacaq.
Qeyd edək ki, ASELSAN Türkiyənin müdafiə sənayesi şirkətidir. Bu şirkət 1975-ci ildə yaradılıb.
Bakıda “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimi keçirilirb
Dünya mediası Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsini işıqlandırmaqda davam edir
Azərbaycanda dini qurumlara ümumilikdə 6,3 mln manat maliyyə yardımı ayrılıb - SƏRƏNCAM
Bir qrup şəxs Azərbaycan diasporunun inkişafında xidmətlərinə görə təltif edilib