Milli Məclisdə kinoların ƏDV-dən azad olunması ilə bağlı dinləmə keçiriləcək.
“İki sahil” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Mədəniyyət komitəsinin sədr müavini Fazil Mustafa deyib.
Fazil Mustafa bildirib ki, yaxın 10 gündə Milli Məclisin Mədəniyyət komitəsində kino sənayesi, filmlərin çəkilişi və kinoların ƏDV-dən azad olunması ilə bağlı dinləmə keçiriləcək: "Dinləməyə rejissorlar, prodüserlər, və başqa sənət adamları dəvət olunacaq. Bu istiqamətdə iş gedir”.
“Türkün gücü tükənməz” – Qarabağda quruculuğa Türk Dünyasının qardaşlıq imzası
Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub
Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib
“Sənət inciləri”: növbəti mühazirə-konsert Xəzər Universitetində təşkil olunub