05 dekabr 2023 01:15
282

İndi də “Sezar” artilleriya sistemləri…

Ermənistan Fransanın avantürasına alət olmaqdan çəkinməlidir

İkinci Qarabağ müahribəsində ağır məğlubiyyətə urayaraq kapitulyasiya aktına imza atan Ermənistan dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etsə də, müxtəlif bəhanələrlə sülh sənədəlini imzalamaqdan yayınır. Müharibədə tarixi Qələbə qazanaraq regionda yeni reallıqlar yaradan Azərbaycan Cənubi Qafqazda sabitlik və təhlükəsizliyin təmin olunması, əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində ciddi addımlar atır, Ermənistanla beynəlxalq hüququn norma və prinsipləri əsasında sülh müqaviləsi imzalamaq üçün əlindən gələni edir. Bütün bunların fonunda Hayastan Qərbdəki bəzi dövlətlərin təhriki ilə məqsədyönlü şəkildə danışıqlar prosesini pozaraq regionda davamlı sülhün və təhlükəsizliyin bərəqar olmasını əngəlləyir.

Əslində Hayastanın hərbi-siyasi rəhbərliyi və xaricdəki ağaları anlamırlar ki, onların təhlükəli “sülh oyunu” nəinki iki ölkə arasındakı münasibətləri yenidən gərginləşdirir, hətta bütöv bir regioni yenidən müharibəyə sürükləyir. Birmənalı demək olar ki, qırx dörd günlük müharibədə Azərbaycanın qələbəsini həzm edə bilməyən Fransa kimi ölkələrin öz geosiyasi maraqları naminə Ermənistanı silahlandırması isə konkert olaraq bölgədə sülhü və təhlükəsizliyi təhdid edir. Son zamanlar Fransa rəsmilərinin regionla bağlı səsləndirdikləri firkirlər və atdıqları addımlar belə deməyə əsas verir ki, rəsmi Paris Ermənistanı yeni müharibəyə təhrik edir və hazırlayır. Fransa rəsmilərinin son zamanlardakı açıqlamaları həm də onu göstərir ki, sentyabrın 19-20-də aparılan antiterror tədbirləri nəticəsində Azərbaycanın öz suverenliyini bütün ərazilərdə bərpa etməsindən sonra regionda 30 ildən çox davam edən münaqişənin bitməsi bu ermənipərəst ölkəni daha da qıcıqlandırıb.  Bu da təsadüfi deyil. Çünki Fransanın müstəmləkəçi siyasəti tarixən sülh və əmin-amanlığın təmin olunmasında yox, müharibə və münaqişələr üzərində qululub.

 Keçmiş müstəmləkələrindən, xüsusilə də Afrikadan qovulan Fransa Cənubi Qafqazda öz geosiyasi maraqlarını reallaşdılrmaq üçün gündə bir “ağa” dəyişən Ermənistandan istifadə edir və açıq şəkildə bu ölkəni silahlandırır. Bütün bunlar regionda təhlükəsizliyin və əmin-amanlığın davamlılığı, iki ölkə arasında tarixi ədalətə əsaslanan sülh sazişinin imzalanması üçün əlindən gələni əsirgəməyən Azərbaycanı narahat etməyə bilməz. Prezident İlham Əliyev bütün bunları oktyabrın-7də Avro­pa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə te­lefon danışığı zamanı bir daha xatırladıb: “Fransa­nın Ermənistana silah verməsi sülhə deyil, yeni qarşıdurmaya xidmət edən yanaşmadır və əgər regionda hər hansı yeni qarşıdurma baş verərsə, bunun səbəbkarı məhz Fransa ola­caq”. 

Bu günlərdə məlum olub ki, Fransa Ermənistana yenidən hərbi texnika göndərməyi planlaşdırır. Bundan əvvəl Hayastana “Bastion” tipli 24 zirehli texnika, GM-200 radar sistemləri və Mistral zenit-raket komplekslərinin tədarük edilmişdi. İndi də Fransa Senatı “Sezar” artilleriya sistemlərinin Ermənistana verilməsi məsələsinin tezliklə öyrənilməsini tövsiyə edib.

Tanınmış ekspertlər bildirirlər ki, Ermənistan Azərbaycanla sülh sazişini imzalamaq üçün real şansları əldən verməməlidir. Gürcüstanlı hərbi-siyasi ekspert Vaxtanq Maisaya mətbuata açıqlamasında bildirib ki, indiki ağır vəziyyətdən çıxmaq üçün Ermənistan tərəfi mütləq şəkildə Azərbaycanla sülh müqaviləsinə imza atmalıdır. Ekspert vurğulayıb ki, Gürcüstan ilə Rusiya arasındakı yeganə quru yol olan “Yuxarı Lars” keçid məntəqəsinin bağlanmasından ən çox Ermənistan əziyyət çəkir. Bu gün sərhəd-keçid məntəqəsində ermənilərə məxsus minlərlə avtomobil dayanır. Ermənistan rəhbərliyi başa düşməlidir ki, bu gün bu vəziyyətdən yeganə çıxış yolu Azərbaycan ilə sülh müqaviləsinin imzalanmasıdır. Ermənistan rəhbərliyi anlamlıdır ki, düşdükləri bu vəziyyətdən onları yalnız Azərbaycan xilas edə bilər. Əks təqdirdə yaranmış vəziyyət Ermənistanın sonunu gətirəcək: “Sülh müqaviləsi iqtisadi əlaqələrə yol açacaq. Müqavilə imzalandıqdan sonra Ermənistanın Azərbaycan və Türkiyə ilə ticari-iqtisadi əlaqələri də düzələcək. Bu isə onlar üçün yeni dəhlizin açılması deməkdir. Həmin dəhlizlə də Cənubi Qafqazın həm ticari potensialı artacaq, həm də təhlükəsizliyi təmin olunacaq”.

Gerçəklik belədir. Ermənistan uzun müddət bölgə üçün işğalçı planlar hazırlayan Fransanın, bütövlükdə Qərbin avantürasına alət olmamalıdır. Həmçinin Cənubi Qafqazda desturktiv rol oynayan Fransa hökumətinin marionetinə çevrilən Ermənistan hakimiyyəti anlamalıdır ki, Azərbaycan ilə sağlam münasibətlər yaratmadan, sülh müqaviləsi imzalamadan Hayastanın gələcəyi sual altına düşəcək.

Zahid Rza, “İki sahil”