30 noyabr 2023 08:59
153

Uğurlu əməkdaşlıq formatı

Son on ildə ölkəmizin əsas nailiyyətləri -qalib dövlət , beynəlxalq nüfuz, təhsilli cəmiyyət və sosial –iqtisadi inkişaf ilə xarakterizə olunur. Bütün bu nailiyyətlər genişmiqyaslı hədəflərə hesablanmış islahatların nəticəsidir. Tarixdə az ölkə tapmaq olar ki, cəmi 30 il ərzində belə uğur hekayəsi yaza bilsin. Azərbaycanın irəli sürdüyü təşəbbüslər, qəbul etdiyi qərarlar ölkələr, xalqlar arasında əməkdaşlıq körpüsünün daha da möhkəmlənməsinə, dayanıqlı sülhün, təhlükəsizliyin təmin olunmasına xidmət göstərir.

Noyabrın 24-də Bakıda BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşü keçirildi. Tarixi Zəfərimiz Azərbaycan xarici siyasətinin əsas tərkib hissəsi olan ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin daha da inkişafını sürətləndirdi. Dövlətimizin xarici siyasətində Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq xüsusi yer tutur. Prezidentimizin qeyd etdiyi kimi “Azərbaycan və Mərkəzi Asiya ölkələrini xalqlarımızın çoxəsrlik qardaşlıq münasibətləri bağlayır”. Son iki ildə Prezident İlham Əliyevin Mərkəzi Asiya dövlətlərinə 10-dan çox səfəri bu regionda yerləşən ölkələrlə münasibətlərin yaxınlaşmasını göstərən daha bir amildir. Hazırda Azərbaycan Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanla bir sıra çoxtərəfli formatlarda uğurla əməkdaşlıq edir. Hər dövrün öz tələbi, çağırışları olur.

Bu çağırışların düzgün cavablandırılması hər bir ölkənin iqtsadi inkişaf strategiyasının düzgün müəyyənləşdirilməsindən asılıdır. Neft siyasətinin məntiqi davamı olaraq qeyrineft sektorunun inkişaf etdirilməsi Azərbaycanın iqtisadi tərəqqisinin davamlılığını təmin edir. Bu uğurlıarın əsasında sabitlik dayanır. Ulu Öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində Azərbaycanın sabitlik diyarına çevrilməsi investisiya axınının sürətlənməsində mühüm amil oldu. Azərbaycanın tarixə qovuşan Qarabağ münaqişəsinin həlli istiqamətində atdığı addımlar da müstəqil siyasətimizin təqdimatı oldu.

Prezident İlham Əliyev Zirvə görüşündəki çıxışında vürğuladı ki, dünyada uğursuz, asılı, iki və ya daha çox stulda oyurmaq istəyən , bir neçə ağaya xidmət edən ölkələrin sayı az deyil. Onlardan biri qonşumuz Ermənistandır. Bekə ölkələrin siyasəti xalqların iradəsinə əsaslanmır . SPECA-ya üzv dövlətlər isə əsl müstəqil ölkələrdir, çünki müstəqil xarici və daxili siyasət aparırlar. Biz bu birliyin əbədi olacağına inanırıq.

K.Mahmudova, 
YAP Xətai rayon təşkilatının üzvü