01 dekabr 2023 00:30
329

Əli Kərimli də «miatsum» sevdalısıdır

«Söyüş müxalifəti»nin xaç atası, xalqımıza xəyanətləri, hakimiyyət barədə böhtanları ilə nəyəsə nail olacağını düşünən AXCP sədrinin hay-küyünün səbəbi vaxtilə ölkəmizə vurduqları ziyanları, etdikləri satqınlıqları, xəyanətləri ört-basdır etməkdir

AXCP sədri Əli Kərimlinin partiya daxilində yaratdığı diktatorlugunun, idarəetmədəki «mənəm-mənəmlik» iddiasının nəticəsidir ki, radikal düşərgədəki ən çox istefalar elə bu partiyanın payına düşür. Əvvəlki illərdə Əli Kərimli ilə nisbətən yaxın münasibətdə olanlar belə dabanlarına tüpürərək şər-böhtan yuvası AXCP-dən, «islahatçı sədr»dən uzaqlaşıblar. Belə ki, öyrədilmiş trollarından başqa ətrafında heç kimin qalmadığı bu «qrant ovçusu» hələ də avtoritar siyasətini davam etdirir. Qrantları tək başına mənimsəmək üçün partiyadaxili gərginliyi qızışdıran, arada digər partiyalarda da qarşıdurma yaratmaq üçün «saman altından su yeridən», artıq «siyasi ölü» adlandırılan bu zat elə bir tipdir ki, istənilən adamı, hətta ən yaxınlarını belə şəxsi maraqlarına qurban verməkdən çəkinməz.

Özü üçün ideal hesab etdiyi AXCP-nin keçmiş sədri, sabiq Prezident Əbülfəz Elçibəyə xəyanət edərək qəzetlərdə başqa imzalarla ustadı haqqında böhtanlar yayan Əli Kərimli öz şəxsi maraqları üçün onlarla gəncin həyatını məhv edib, həbsxanalara düşməsinə səbəb olub. Bir neçə ölkənin təhlükəsizlik orqanları ilə gizli əməkdaşlıq edən, agentura şəbəkəsi yaradan, siyasi hazırlığı olmayan gənclərin şüurunu korlayan, qaranlıq əməlləri ilə radikal düşərgədə belə çıxdaş edilən Əli Kərimli Hayastan sevdalısıdır. Yaratdığı «agentura şəbəkəsi»ni genişləndirərək qarayaxmalarını özü kimi xəyanətkarlar vasitəsi ilə tirajlayan Əli Kərimlinin məskən saldığı şər ocağı «Osmanqızı TV», keçmiş əlaltısı Qənimət Zahidin « Azərbaycan saatı»dır. Azərbaycanla bağlı yalanlarını qrant aldığı ağalarının sifarişlərinə uyğunaşdıran, quraşdırdığı böhtanları həqiqət kimi utanmadan səsləndirən «yurdçu sədr» ermənilərlə eyni düşüncə tərzinə malikdir.

İkinci Qarabağ müharibəsində qazandığımız Qələbədən, Ermənistanın məğlubiyyətindən qanı erməni qanına dönən Əli Kərimli Azərbaycanın separatçılara qarşı apardığı lokal xarakterli antiterror tədbirlərinin uğurla nəticələnməsindən də məyus olub.

Böhtanlarını «karusel” üsulu» ilə idarə etdiyi trolları vasitəsilə yayan, müxalifət partiyasından daha çox «söyüş şəbəkə»sinin başçısı kimi tanınan Əli Kərimli siyasi əxlaqdan kənar Tural Sadıqlı, Natiq Ədilov, Məhəmməd Mirzəli, Qabil Məmmədov kimi xəyanətkarlardan da istifadə edir. Sosial şəbəkələr vasitəsi ilə Azərbaycanın dünyada möhkəmlənən mövqeyinə qısqanan ermənipərəst dairələrin oyuncağına çevrilərək iqtidaryönlü sosial şəbəkə istifadəçilərinin ünvanına təhqirlər yağdırır. Millilikdən kənar əqidəyə malik bu satqınlar, qorxaqlar, karyeristlər, xaricilərin artıqlarına möhtac olanlar ağa qara deməkdən usanmırlar. «Söyüş müxalifəti»”nin xaç atası, xalqımıza xəyanətləri, hakimiyyət barədə böhtanları ilə nəyəsə nail olacağını düşünən Əli Kərimlinin hay-küyünün səbəbi vaxtı ilə ölkəmizə vurduqları ziyanları, etdikləri satqınlıqları, xəyanətləri ört-basdır etməkdir.

«Şuşa və Laçın işğala məruz qalandan bir ay sonra AXC-Müsavat cütlüyü hakimiyyətə gəldi. Onlar bu faciə üzərində, tökülən bu qan üzərində, milli rəzalət üzərində hakimiyyətə gəldilər və hakimiyyətdə qaldıqları bir il ərzində ölkəmizi bərbad vəziyyətə qoydular, vətəndaş müharibəsinə start verdilər, öz əsgərlərini əsir götürdülər. Torpaqlar əldən gedirdi, onlar isə talançılıq, soyğunçuluqla məşğul olurdular. Hakimiyyəti möhkəmləndirmək üçün bütün səylərini səfərbər etmişdilər» söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, torpaqlarımızın işğal altına düşməsində rolu olan əli kərimlilər təbii ki, dövlət başçımızın Xankəndidə Azərbaycanın Bayrağını dalğalandırmasını həzm edə bilməzlər. İqtidarda olduqları zaman hələ tam formalaşmamış ordumuzun silah-sursatlarını ermənilərə satan AXC-Müsavat səbatsızları özlərinə yaxın bildikləri erməni separatizminin məhvi ilə barışmaq istəmirlər. Antimilli şəbəkənin baş satqını olan Əli Kərimli ilə Fransa Prezidenti Emmanuel Makronun, ABŞ-ın ölkəmizə böhtanlar yağdıran rəsmilərinin, beynəlxalq təşkilatlarının Azərbaycana münasibətini müqayisə edək. AXCP sədri də ölkəmizdə sabitliyin yaranmasını, qüdrətlənməsini, diplomatik uğurlarının artmasını, müdafiə qüdrətimizin möhkəmlənməsini istəmir, qarşı tərəf də. Erməni havadarları Vətən müharibəsində qazandığımız Qələbə, bir günlük antitterror tədbirləri nəticəsində erməni separatizminin birdəfəlik silinib-süpürülməsi ilə barışmayan hər iki tərəfin mövqeyi oxşardır: «Qarabağın Ermənistana məxsusluğunu» subut etmək. Xankəndidə dalğalanan bayrağımıza arxa çevirən Əli Kərimli erməni silahlı dəstələrinin ölkəmizdən çıxarılmasının əleyhinədir. Çünki həmin terrorçular respublikamızda olduqları müddətdə təxribatlar törədirdilər. Yəni, separatçılara qarşı mübarizəni Azərbaycanın ermənilərə qarşı etnik təmizləmə siyasəti kimi qələmə verən hay dəstəkçilərinin yalanlarına züy tutan Kərimli trolları da eyni havanı çalırdılar. Ölkəmizlə bağlı şər-böhtan kampaniyasının davam etdirilməsi üçün məqam güdən, beş-üç qəpiyə Vətəni satan bu səbatsızlar şəhidlərimizin qanı bahasına işğaldan azad olunan torpaqlarımızdan murdar nəfəsi kəsilən dığalar üçün darıxırlar. Müxtəlif ölkələrin künc-bucaqlarında gizlənərək, xalqımıza əsrlərdən bəri düşmən siyasətlərini davam etdirən, soyqırımlar törədən hayların dalınca sürünən erməni düşüncəlilər hələ də xəyanət xəstəliyindən sağalmayıblar. Respublikamızda keçirilən biri-birindən əhəmiyyətli beynəlxalq tədbirlərə, ölkəmiz haqqında deyilən xoş sözlərə belə erməni təfəkkürü ilə yanaşan Əli Kərimli, onun xarici ölkələrdəki şəbəkələri erməniləri mədh edirlər. Vətənin küləyinin sərinliyini, torpağının istisini, suyunun səffaflığını yadellilərin yalanlarına uyğun «tənzimləyən», xəyanətdən formalaşan « funksiyalarını» qrantların məbləğinə görə dəyişən erməni təfəkkürlü «funksionerlər» hələ də Hayastan deyirlər. Halalla haramı ayırd edə bilməyənlərə xalqını, elini-obasını, torpağını sevən, müstəqilliyimizin əbədiliyi naminə dövlət başçısı, Ali Baş Komandan kimi əsl fədakarlıq göstərən cənab Prezident İlham Əliyevin hər bir azərbaycanlı üçün örnək olan bu sözlərini xatırladaq: «Qələbəyə gedən yol keşməkeşli və çətin idi. Birinci Qarabağ müharibəsindəki məğlubiyyət xalqımızı mənəvi cəhətdən sarsıtmışdır. O məğlubiyyətin də səbəbləri bəllidir. O vaxt antimilli ünsürlər hakimiyyəti zəbt etmişdilər, hakimiyyət uğrunda mübarizə aparmışdılar, Şuşa kimi alınmaz qalanı faktiki olaraq Ermənistana, ermənilərə təslim etmişdilər hakimiyyətə gəlmək üçün və belə də oldu. Şuşa və Laçın işğala məruz qalandan bir ay sonra AXC-Müsavat cütlüyü hakimiyyətə gəldi. Onlar bu faciə üzərində, tökülən bu qan üzərində, milli rəzalət üzərində hakimiyyətə gəldilər və hakimiyyətdə qaldıqları bir il ərzində ölkəmizi bərbad vəziyyətə qoydular, vətəndaş müharibəsinə start verdilər, öz əsgərlərini əsir götürdülər. Torpaqlar əldən gedirdi, onlar isə talançılıq, soyğunçuluqla məşğul olurdular.»

Əli Kərimli, səni narahat edən bu kimi xəyanətlərinin üstünün açılmasıdır. Xalqın nifrətini qazandığın, milli-mənəvi dəyərlərimizin alverçisi kimi tanındığın üçün xalq sənə və sənin kimilərə nifrət edir. Odur ki, yalanların ilə nəyəsə nail olmağa çalışsan da özünü yorma. Çünki mənliyini Bakının Qələbə meydanında pul gücünə təşkil etdiyin mitinqlərdə söylədiyin böhtanlarınla itirmisən. Müdriklərimiz deyib ki, «Ayaq basdığın yeri torpaq deyib keçmə, onu tanı!» İndiyə qədər tanımadığın, xarici havadarlarının qrantlarına dəyişdiyin, ermənilərə satdığın torpaqda yaşamaq haqqın olmadığı üçün sənə məsləhətimiz «Keçmiş ola, Vətən xaini, doğma elin Hayastan səni gözləyir» sözləridir.

Xuraman İsmayılqızı, «İki sahil»