30 noyabr 2023 09:54
481

 AXCP-də “yarpaq tökümü” davam edir

Həmişə qərəzkarlıq, böhtan atmaq funksiyasını özünə məqsəd və vəzifə seçən AXCP-nin sıralarında artıq qopma, ayrılma, bir az obrazlı şəkildə desək, “yarpaq tökümü” davam edir. İstefa dalğaları əslində Əli Kərimlinin keçirdiyi axırıncı qurultay “tamaşası”ndan sonra, daha da genişlənərək bir neçə səmtə yol almışdır. Partiyanın öz daxilindən, həm də paslanmış köhnə “daxılından” sızıb gələn həm gizli, həm də açıq-aydın məlumatlar böyük türk şairi Nazim Hikmətin bir şerində deyildiyi kimi, “Yarpaq tökümü başladı, çoxumuz qışa qalmayacağıq” məyusluğunu bir daha gündəmə gətirir. Hiss olunur ki,  bu siyasi proses getdikcə daha sürək xarakter alacaq və AXCP bir partiya kimi heç bir reyestrdən keçə bilməyəcəkdir.

Bir vaxtlar AXCP-nin fəal üzvü olaraq bütün tədbirlərdə aktivlik göstərən, hətta aksiyalarda belə həmişə öndə gedən bu saf, yaraşıqlı gənc xanım Pərvin Hüseynli  Əli Kərimlinin dözülməz dikatatorluğunu və onun yan-yörəsindəki adamların xəbisliyini, dələduzluğunu görüb yaxından tanıyandan sonra öz obyektiv qərarını verdi. Zərif və incə gənc xanım sərt, dəmir kimi siyasi ötkəmliyini axır ki, göstərdi: “Elçibəyin yaratdığı cəbhə elə bu günə düşməli idi. Çox heyif... AXCP-dən istefa verirəm”.

Təkcə Pərvin Hüseynli deyil, Fatimə Hüseynova da, AXCP -nin Ali Məslisinin və Təşkilat şöbəsinin üzvü, hətta bir müddət partiyanın Nizami prayon şöbəsinə rəhbərlik etmiş Seymur Əhmədzadə də təşkilatdan istefa verib getdiyini bəyan etmişdir. Onların istefasının səbəbkarı baş AXCP-çi Əli Kərimlinin qeyri-təvözakarlığı, diktatorluğu və dövlətimizə qarşı qərəzkar mövqeyi olmuşdur. Gənc fəal, keçmiş “ cəbhəçi” çox səmimi ovqatla öz sözünü belə ifadə etmişdir: “Mənim üçün nə qədər çətin olsa da düzgün qərar verdiyimiə tam əminəm. Bu gündən etibarən AXCP-dən istefa verirəm. İş tapşırında dostum deyən, amma sonra proflaktik söhbət üçün çağırılmışam,- deyən adamla bir yerdə ola bilmərəm”.

İşi düşəndə “dostum” deyən sonra isə yola gətirmək üçün proflaktik söhbət bəhanəsi ilə çağırdığını bəhanə edən rəhbərliyin siyasi ikiüzlülüyünü açıb göstərən keçmiş AXCP-çi Seymur Əhmədzadə Əli Kərimlinin idarəçiliyində dövr edən riyakarlığı beləcə üzə çıxarmışdı.

Bəli, AXCP-nin payızlı çağları davam edir, getdikcə hər tərəfə yayılır. İstefalar, qopmalar, ayrılamalar çoxalır. Böyük türk şairi Nazim Hikmət demişkən “Yapaq tökümü sürətlənir, belə getsə çoxları qışa qalmayacaq”.

Tahir Məmmədov, "İki sahil"