28 noyabr 2023 19:20
199

Yeni tərkibdə keçirilən Zirvə görüşü daha geniş əməkdaşlıq formatına yol açacaq

Noyabrın 24-ü 1998-ci ildə bünövrəsi BMT tərəfindən qoyulan SPECA-nın 24 illik dönümü keçirilir. SPECA iqtisadi platformasının yaradılmasında məqsəd Mərkəzi Asiya dövlətlərdə iqtisadiyyatın davamlı inkişafını və qarşılıqlı əlaqəsini gücləndirməkdir. Respublikamızın yerləşdiyi ərazi bu baxımdan həm Şərq, həm Qərb, həm Şimal, həm də Cənuba əlverişli tranzit imkanları yaradır. Beynəlxalq nəqliyyat dəhlizlərində, yükdaşımalarda rolu get-gedə geniş vüsət tapır. Bu gün Xəzərin sahilində yerləşməsi Azərbaycan üçün bir daha geniş imkanların yaranmasına səbəb olur. Güclü iqtisadiyyatı olan bir dövlətin güclü də siyasəti olur. Eləcə də bu güclü siyasətin arxasında dövlətini, xalqını düzgün idarə edən bir rəhbərin olması əsas şərtdir.

Azərbaycan xalqı şanslıdır ki, bugünkü gün onu həm təhsili, həm siyasəti ilə önə çəkən, dünya sivilizasiyasına qoşan əvəzedilməz bir rəhbərin idarəsindədir. Dövlət rəhbərinin öz sözləri ilə desək, "sabitlik və sakinlik olmadan, heç bir iqtisadi inkişafdan söhbət gedə bilməz."

Bəli, bugün dünyanın bir çox yerlərində müharibələr, toqquşmalar baş alıb getidyi bir zamanda, Azərbaycan dövlətinin önündə gedən rəhbərliyin güclü siyasəti sayəsində dövlətçiliyimiz qorunur, torpaqlarımız azad edilir, iqtisadiyatımız inkişaf edir.

SPECA-ya üzv dövlətlər əsil müstəqil dövlətlərdir. Bu dövlətlər müstəqil daxili və xarici siyasət aparırlar. Çox qürurverici bir haldır ki, güclü siyasəti olan dövlətlərlə birlikdə Azərbaycan dövlətinin də adı çəkilir. Azərbaycanı Mərkəzi Asiya ilə çox əsrlik tarixi və mədəni əlaqələr bağlayır. Azərbaycan ərazisinin strateji əhəmiyyəti artmaqda olan bir məkan olması onu dünya səviyyəsində tanıdıb.

Bu gün adı yüksəklərdə gələn, böyük dövlətlərdə bir sırada çəkilən, zirvə görüşlərinin üzvünə çevirilən bir dövlətin vətəndaşı olmaq qürurvericidir!

Aygün Cəfərova,
YAP Xətai rayon təşkilatının "Şıxlinski 11" ünvanı üzrə ərazi partiya təşkilatının üzvü,
204 saylı tam orta məktəbin müəllimi