27 noyabr 2023 13:04
246

İflasa uğrayan məkrli və çirkin siyasət

Qalib Azərbaycan günü-gündən inkişaf edir, çiçəklənir, təkcə regionda deyil dünyada lider dövlətlər sirasinda addımlayır. Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində düşmənin işğal etdiyi əzəli-əbədi torpaqlarımız əsl sahiblərinə qayarıldı. Müqəddəs üçrəngli bayrağımız artıq düşmənin çaynağından azad olan torpaqlarımızda qürurla dalğalanır. Bu böyük Qələbə elini-obasını sevən, siyasi baxışından asılı olmayaraq hər bir soydaşımızı qurulandır, qəlbini iftixar hissi ilə doldurur.

Təəssüf doğuran haldır ki, ölkəmizin xoş gününə, uğurlarına sevinməyən sapı özümüzdən olan küt baltalar, Azərbaycanı sevməyən quvvələrin diqtəsi ilə oturub duran bəzi insanlar yenə də fitnə-fəsad işləri ilə məşğul olurlar. Daha doğrusu, düşmən dəyirmanına su tökən AXCP sədri Əli Kərimlinin trolları onun antimilli fəaliyyətinin, səhv siyasətinin qurbanına çevrilməkdədirlər. Səhv yolda olduğunu anlayaraq, partiyadan istefa verənlər isə Əli Kərimlinin tapşırığı ilə daş-qalaq edilir, sosial şəbəkələrdə təhqir olunurlar. Pərvin Hüseynlinin, Seymur Əhmədzadənin təşkilatdan istefa vediyini bəyan etməsi də onu göstərir ki, Əli Kərimlinin məkrli, çirkin siyasəti artıq iflasa uğrayır.

Bu bir həqiqətdir ki, özlərini AXCP adlandıran bir qrup insanlar artıq ətraflarına özlərinin bir zamanlar ən sadiq adamları sayılan tərəfdaşlarını belə toplaya bilmir,onlara siyasi xəttlərini bəyəndirə bilmir,öz aralarında belə vahid bir koordinasiya qura bilmirlər. Belə olan halda siyasi baxışından asılı olmayan hec bir normal insan özunu AXCP lideri adlandiran, kecmişdə heç bir faydalı əməli olmayan, bu gün heç bir fəaliyyəti olmayan və gələcəyə heç bir planı olmayan “lider”in ətrafında və yanında qaımaz. Mən düşünürəm ki, bu günlərdə AXCP- dən ayrılan partiya üzvləri öz siyasi səhvlərini anlamış və bundan sonra daha faydalı bir vətəndaş olmaq qərarı aldıqlarından dolayı AXCP ilə yollarını ayırıblar. Mən bir azərbaycanlı gənc və millətinə, xalqına, dövlətinə, dövlətciliyə sadiq bir vətəndaş olaraq dağıdıcı, yanlış və səhv siyasət aparan partiyadan uzaqlaşan gəncləri bu münasibətilə təbrik edirəm.

Bayram Aslanov,
YAP İdarə Heyyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri