27 noyabr 2023 10:01
242

Fransanın müstəmləkə siyasəti ifşa olunur

Fransa tarix boyu başqa torpaqlara daxil olaraq həm ərazisini genişləndirib, həm də müsəlmanlara qarşı qırğınlar törədir. Ermənistanla Fransanı iqtisadi, siyasi məqsədlərlə yanaşı, həm də cinayətlər hesabına ərazi genişləndirmə siyasəti də birləşdirir.Fransa dövləti hər zaman özü kimi tarixi cinayətlərlə dolu olan Ermənistanı müdafiə edib. Beynəlxalq təşkilatların üzvü olan bu ölkəl müsəlmanlara qarşı bu gün də öz düşmənçiliyini davam edir.

Prezident İlham Əliyev Bakıda baş tutan Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşü tədbirində qeyd edib ki, "neokolonializm siyasətini indi də davam etdirən ölkələrdən biri də Fransadır".O əlavə edib ki, Avropadan kənarda Fransanın idarə etdiyi ərazilər Fransa müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır.O, həmçinin hazırda dünyada mövcud olan islamofobiya və ksenofobiya ilə bağlı narahatlığını ifadə edib.Azərbaycan Prezidenti İlham Əliyev Əlcəzair əsilli 17 yaşlı yeniyetmənin fransız polisi tərəfindən öldürülməsini xatırladaraq əlavə edib ki bu hadisə ölkədə mövcud olan irqçilik və islamofobiyanın daha bir əlamətidir".

Fransanın müstəmləkə siyasətindən əziyyət çəkən xalqlar üçün haqq səslərini dünyaya çatdırmaq olduqca vacibdir.Bunun üçün Qoşulmama Hərakatının tirubunası istifadə imkanı qazandırır. Fransa öz müstəmləkə siyasətini dünyaya elə təqdim edir ki, sanki bu normal haldır.   Makron hakimiyyətinin ölkədə apardığı siyasət bu gün onu üzə çıxardı ki, Fransa üçün hakimiyyət maraqları hər şeydən daha üstündür.

Afrika, Cənub-Şərqi Asiya, Sakit Okean, Latın Amerikasında onlarla ölkəni işğal edən, sərvətlərini talan edən, xalqlarını uzun illər əsarətdə saxlayan Fransa həmin ərazilərdə hərbi və bəşəriyyət əleyhinə çoxsaylı cinayətlər törətmişdir, fransız silahlı qüvvələri etnik və dini mənsubiyyətinə görə yüz minlərlə dinc sakini soyqırımına məruz qoymuşdur.

Xalqların xarici köləliyə, hökmranlığa və istismara məruz qalması insan hüquqlarının inkar olunmasıdır və BMT-nin Nizamnaməsinə ziddir .

Fransa həm də dünyada ən çox mina istifadə etmiş ölkələrdən biridir. Azərbaycan kimi Əlcəzair də dünyada mina partlayışından ən çox əziyyət çəkən ölkələr sırasında ön yerlərdən birini tutur. Fransadan sonra onun yaxın müttəfiqi Ermənistan gəlir.

Əfsanə Bədəlova,
YAP Xətai rayon təşkilatının "Məzahir Rüstəmov 122 " ünvanı üzrə ərazi partiya təşkilatının üzvü