26 noyabr 2023 16:30
311

Cəbhə içində cəbhə

AXCP daxilində parçalanmalar hər zaman olub. Lakin qondarma qurultayda Əli Kərimlinin öz istəyini növbəti dəfə diktə etməsi qırılmanı daha da sürətləndirdi. Cəbhə daxilində narazalıqlar artıq pik həddinə çatıb və istefa verənlər də var. Əli Kərimlinin özünü yenidən sədr elan etməsi partiyada vəzifə tutmaq xülyasında olanların arzularını gözündə qoyduğu üçün həmin qruplaşma konkret hərəkətə keçməyə başladı. Məhz partiyadan sızmış məlumatlara əsasən istefalar davam edəcək və bu işə gizlin olaraq Seymur Həzi rəhbərlik edir. Sədr müavinilyini qoruyub saxlmağı bacarmış Seymur Həzinin qondarma qurultayda çıxışına da diqqət etdikdə aydın olur ki, o, kompliment səsləndirərək müəyyən şəxsləri Əli Kərimlinin əlindən almağı öncədən planlaşdırıbmış. Seymur Həzinin sosial şəbəkələrdə paylaşımlarına da diqqət etdikdə deyilənlərdə həqiqətin olduğunu açıq-aydın hiss etmək olur. Belə ki, Seymur Həzi digər müavinlərdən fərqli olaraq Əli Kərimlinin status və video-çıxışlarını paylaşmır, hətta real həyatda da Əli Kərimlinin yanında görsənmir. Həmçinin  Seymur Həzinin cəbhə trollarına rəhbərlik edənlərdən biri olan İlham Hüseyni də öz qruplaşmasına çəkə bildiyi ilginc məlumatlardandır. İlham Hüseynin son vaxtlar Əli Kərimlinin deyil, məhz Seymur Həzinin statuslarında trolluq etməsi buna əyani sübutdur. Bir qədər obrazlı desək Seymur Həzi bu dəfə butlkanı Əli Kərimlinin başına vurur.

Partiyadan istefa verənlərin isə Əli Kərimlinin tapşrığı ilə onun qruplaşmasında olan trollar tərəfindən ağır formada təhqir edilməsinə başlanılıb. Əli Kərimli narahatdır ki, istefa dalğası gücələncək və siyasi partiyaların reyestrindən keçəmək üçün verilən 5004 nəfərlik  rəqəm 5 mindən aşağı düşəcək. Uzun sözün qısası, yaxın müddət ərzində çox maraqlı və ilginc hadisələrin şahidi olacağıq.

Anar Şahmurad