24 noyabr 2023 14:58
228

Zəfər fenomeni

...XX əsrin 90-cı illəri. Zaman  və ədalət  insanımız  üçün  dayanmışdı elə  bil.  Gündəlik  qayğılarımızla  məşğulikən , qonşu “dövlət“ sən demə bizi düşmən bilirmiş. Biz  isə  xəbərsiz  idik bu   xain  və  məkirli   planlardan.  Düşmənçiliyə hazır deyildik, heç bunu bacarmırdıq da.  İllərlə insanımızın və dovlətimizin büdcəsindən  xərclədiyimiz hərbi maşını özümüzə, üzümüzə  çevrmişdilər. Siyasi və hərbi ittifaqda  birləşən bu  xəbislər yırtıcı   xislətlərini   ortaya    qoymuşdular. Güclərin   nisbəti,  sülhsevər insanımızın  xeyrinə və niyyətinə uyğun deyildi. Heç   yerdən,  heç   kimdən   komək   yox   idi. Bunlar   azmış   kimi  ədalət etalonu kimi sırınan bəzi beynəlxalq təşkilatlar az  qala bizləri “terorçu"lar  kimi    qələmə   verib   haqqımızda   qərəzli    hökümlər,  qətnamələr   çıxarmışdılar. Əlimiz sanki hər yerdən üzülmüşdü. Günbəgün artan ümidsizlik, dövlətimizin taleyini kölgə altına salırdı.

Qarşılıq verməyə nəyimiz var idi? Texniki, maddi  təchizat  tərəfdən müqayisə olunmayacaq   qədər   zəif   idik , imkanlarımız   çox  aşagı   səviyyədə   idi,  humanitar və  siyasi   cəhətdən ,  faktiki   olaraq  təklənmişdik,  ard-ardına yaşayış   məntəqələrimizi, torpaqlarımızı  itirdikcə   insani   facilərimiz ,  şəhdlərimiz, qazilərimiz, uşaqlarımız, qadınlarımız və qocalarımızın, ümumilikdə  insanımızın   ölümləri   durmadan   artırdı , insanımızın ah-naəsi  yerə   göyə sıgmırdı, nəhayətində   Xocalı  qətilamını   yaşatdılar   bizlərə  bu  şərəfsizlər. İnsanlarımız yerlərindən   yurdlarından   olmuşdular, böyük təlaş,  qəm-qüssə icində idilər, ümidlər qeybə  cəkilmişdi, cıraqlarımız, ocaqlarımız   sönürdü   bir-bir. Belə bir vaxtda simurq  quşu   kimi  insanını , vətənini   xilas  etməyə  qayıtmışdı ULU ÖNDƏR!

Nə yaxşı ki, Tanrımız  bizlərə hec olmasa həmən anda lütfünü əsirgəməmişdi, bir ümid pəncərəsini açıq qoymuşdu, ULU ÖNDƏR   qayıtmışdı, insanımızın və DÖLƏTİMİZİN iqtisadiyyatının dirçəldilməsini, gücləndirilməsini  və faktiki müqavimət gücünü artıraraq , ayaqüstə  başını dik tutmasının təməlini qoymaq üçün  qayıtmışdı. Dövlətimizin və insanımızın yaralarına məlhəm  olacaq, qırılan ümidləri zəifləmiş strukturları bərpa edərək  Dövlətin  və insanımızın gücünü   səfərbər edib birləşdirərək gələcəyimizin özülünü tamamı ilə yenidən quracaq və gələcək QƏLƏBƏ-mizin memarı olacaq Müzəffər Ali Baş Komandanın ugurlarıu və zəfərlə bitəcəyi strategiyasının, təməl prinsiplərini hazırlayacaqdi dahi insan, ULU ÖNDƏR!

Müasir dünyanın güc mərkəzləri, siyasi inistutları dövlətlərarası münasibətləri elə bir zidiyyətli reallıqlara çatdırıblar ki, faktiki olaraq böyük dövlətlər və  onların vassalları olan dövlətlər siyasi və iqtisadi ambisyalarını həyata   keçirmək üçün yaratdıqları süni əngəlləri həll etmək əvəzinə,  bütun potensialları ilə yeni, müharibə ocaqları yaratmaqda maraqlıdılar və bu  onların gündəlik syasətinin tərkib hissəsi olaraq  gündəmdədir. İşgal olunmuz torpaqlarımızını azad  olunmasını tənzimləmək üçün ATƏT tərəfindən üç böyük dölətdən ibarət “ədalət göyərçinləri “   “Minsk  tənzimləmə heyyəti“ təyin edilmişdi və bunlar çalışacaqdılar ki, insanımıza hələ uzun illər demoktarya anlayışı və ən müxtəlif  vədlər  altənda   dövlətimizi  və  insanımızı işgalla barışmaga başqa yol omadıgına  inandırmaga  çalışırdılar və fakriki olaraq işgalla barışmagımıza yönəlik siyasi   oyunbazlıqlarını   insanımıza həzm  etdirməyə  çalışdılar. Lakin sonradan, Qələbə qazandıqdan sonra   bunların   gerçək   üzlərini və bizə  qarşı   necə,  nə qədər  yalanlar uyduraraq “ədalətli“ biriləri olduqlarnı görəcəkdik. Nəhayət bu cografyada yeni bir Günəşli gün gəlirdi, gün o gün idi, 27 sentyabr 2020-ci il. Qarabagımızı azad etmək,  müqəddəs amallar naminə Dövlətin və insanımızın maddi-mənəvi gücünü  birləşdirərək  verdi əmri Sərkərdəmiz,  Ali Baş Komandan! 

İllərlə qurulmuş mürəkkəb səngərləri, sədləri Ordumuz  bir yumruğa çevrilib bir-bir aşaraq, söküb ataraq müqəddəs    ŞUŞA-mıza   çatdı. 44-günlük  bu   müharibə, Ali Baş  Komandanın rəhbərlik etdiyi ordumuzun   həyata   keçirdiyi   ugurlu  əməliyyatlar, taktikası   və  döyüş   əzmikarlıgına   qibtə   ediləcək   və   hələ  çox dövlətlər  və  onların  orduları  bu  qəlbənin   bütün  incəliklərini   çeşidləyərək   öyrənməli olacaqlar.

Şəhidlərimiz-Vətənimizin müqəddəs  övladları, müasir tarixin Qəhrəmanları ruhunuz şad, yeriniz cənnət  olacaq  əbədi!

Qazilərimiz-Sevgi dolu dualarımız yaralarınıza məlhəm olacaq, sizlər gerçək Qəhrəmanlarsiz Vətən övladları!

Veteranlarımız-Vətən müharibəsi iştirakçılarımız! Vətənimiz və  Dövlət   qarşısında  xidmətləriniz danılmazdır, əbədi Qəhrəmanlarımızsınız!

İnsanlarımıza qurur verdiniz cənab Ali Baş Komandan! Tarixi  Zəfərimiz  daim öyrəniləcək, gələcək nəsillər  daim  bu  qəhramanlıgı vəsf  edəcək,  etdikcə Sizin və Ali Baş Komandanı oldugunuz ordu haqqında əfsanələr danışılacaq, yeni-yeni nəşirlər, kitablar yazılacaq! Şəxsiyyətiniz xalqımızın   və   dövlətimizin gələcəyə aparan üfüqlərinə nur saçacaq, bizləri sərkərdələr, liderlər yetişdirən diyar kimi tanıdacaq, Böyük Qafqazda və dünyada  sülh   simvolu  olacaqsınız. Bu xalq, bu dövlət var olduqca daim qürurla deyəcək: Vətənimizin, Dövlətimizin Müzzəffər Ali Baş Komandanı   İlham Heydər oglu!

Nəsrəddin Məmmədov