23 noyabr 2023 18:08
113

ABŞ və Qərb dövlətləri Cənubi Qafqazda yenidən müharibəyə çalışırlar

Artıq 44 günlük Vətən müharibəsindən 3 il ötür.  Bu ilin sentyabrın 19-da isə bir günlük antiterror tədbiri ilə nəhayət ki, doğma Qarabağımız ermənilərin separatçı rejimindən təmizlənddr. Lakin təcavüskar Ermənistan dövləti və onun xaricdəki havadarları qaralama kampaniyasını davam etdirirlər. Ermənistan hökuməti və siyasi establişmenti qisas haqqında düşünür.

Ermənistanın bu cür mövqeyi hazırda dünyada gedən siyasi proseseslərlə də sıx bağlıdır. Ukraynada öz istədiklərinə nail olmayan ABŞ və Qərbi Avropa dövlətləri Rusiyaya təsir etmək üçün  Cənubi Qafqazda onun mövqeyini zəiflətməyə çalışırlar. Onlar burada yenidən müharibəni alovlandırmaqla son nəticədə Rusiyanı bu bölgədən sıxışdırıb çıxarmaq məqsədilə ciddi fəaliyyət göstərirlər.

Ermənistanın sülh müqaviləsini imzalamaq istəməməsi  Azərbaycan dövlətini öz maraqlarını təmin etmək üçün alternativ yollar axtarmağa məcbur etmiş və Azərbaycan və Naxçıvan arasında nəqliyyat dəhlizinin İrandan keçməsi barədə  iki ölkə arasında razılığa gəlinmişdir. Bu isə Ermənistanın havadarlarını və xüsusən də İrana qarşı olan ABŞ-ın  sərt reaksiyasına səbəb olmuşdur. Onlar hər vəchlə Ermənistanı yeni müharibəyə sürükləməkdədirlər.

Fransa son vaxtlar Ermənistanı silahlandırmaqdadır. Həmişə demokratiyadan və sülhdən dəm vuran ABŞ və Qərb dövlətləri hazırda Cənubi Qafqazda yenidən  dincliyin pozulmasına çalışırlar. Lakin bütün bunlar Azərbaycanı öz haqq yolundan döndərə bilməz. Azərbaycan Respublikası Prezidenti  İlham Əliyev də bildirmişdir ki, heç bir halda hətta Azərbaycanın kiçik bir hissəsində qanunsuz separatçı rejimin olmasına imkan verə bilmərik.

Hicran Quliyeva,
YAP Xətai rayon təşkilatının "Məzahir Rüstəmov 122 " ünvanı üzrə ərazi partiya təşkilatının üzvü