24 noyabr 2023 00:57
299

ABŞ və Qərbin ölkəmizdəki agentlərini ifşa etməyin zamanı yetişib

İkinci Qarabağ müharibəsindən üç il keçdi. Torpaqlarımızı Ermənistanın işğalından azad etdik. Xankəndidə , Şuşada, Laçında … demək olar ki, sahiblərinə qovuşan bütün ərazilərimizdə dalğalanan bayraqlarımız  xalqımıza,  fərəh gətirdi, hər birimizi  qürurlandırdı.  Dostlarımız  Qələbəmizə sevindilər, yanımızda oldular. Artıq tarixin arxivinə atılan «Dağlıq Qarabağ münaqişəsi»ni yaradanlardan başqa.  Daşnakların əsrlərdən bəri  hazırladıqları planlara uyğun həmin münaqişəni  yaradan  « xarici ağalarına»  boyun  əyən daxili satqınlarımız da onlara xoş gəlsin,  dilənçi paylarını kəsməsinlər deyə başlarına  qara bağladılar. Son vaxtlarda daxili problemlərini  arxa plana keçirib, Cənubu Qafqazı xarici siyasətlərinin prioritetləri kimi, gündəmdə saxlayan ABŞ-a, Fransaya, səlahiyyətsiz beynəlxalq qeyri-hökumət təşkilatlarına  xidmət edən   AXCP sədri Əli Kərimlinin, «Milli Şura»nın oyuncaq rəhbəri Cəmil Həsənlinin, qurumun Koalisiya Mərkəzinin üzvləri  Toftq Yaqublunun, Gültəkin Hacıbəylinin,  şər-böhtan ustası Fuad Qəhrəmanlının avropalaşmış, erməniləşmiş pas atan vicdanları dilə gəlmədi. Xankəndidə ucalan  üçrəngli bayrağımızın dalğalanması  bütün dünyada  Azərbaycanın güdrətinin göstəricisi kimi etiraf edilsə də ağalarının itaətində olan milli satqınlarımızın qorxularından Şuşa, Xankəndi tərəfə baxmağa belə iqtidarları çatmadı.

Azərbaycanın  30 il işğal altında qalan torpaqlarının əbədi olaraq Ermənistana verilməsinin tərəfdarı olan ATƏT, Avropa İttifaqı, Fransa, ABŞ artıq gedən qatarın arxasınca  baxaraq yenidən fəallaşıblar. Eyni mənbədən idarə olunan anti-Azərbaycan dairələr bütün vasitələrdən istifadə edərək ölkəmizə qarşı birlikdə ideoloji , informasiya hücumuna keçiblər. Cənubi Qafqazda   maraqlarını həyata keçirməyə  çalışan Fransa, ABŞ hayları  yenidən silahlandırırlar. Ermənilərə bütün vasitələrlə dəstək göstərən  Birləşmiş Ştatların müxtəlif dövlətlərdə daxili çaxnaşma salmaqla  məşğul olan  ələbaxan təşkilatları var gücləri ilə  Ermənistana yardım edirlər.  Anti-Azərbaycan dairələri ölkəmizlə bağlı  saxta, böhtan xarakterli məlumatlarla  təmin edən qrant ovçuları,  milli xəyanətkarlarımızın  Zəfərimizin qeyd olunduğu zaman lal olan dilləri o zaman açılır. Belə təxribatlara dəstək göstərən  «yurd»çu Əli Kərimli, hay-küyçü Tofiq Yaqublu,  milli dəyərlərdən  uzaq «alim» Cəmil Həsənli «ura» deyərək səslərini ucaldırlar. Deyək ki, bu əbləhlər qrant xatirinə vicdanlarını sataraq, vətəndaşlıq məsuliyyətlərini unudaraq ermənilərlə, onların havadarları ilə  yaxınlıq edirlər. Dinlərini-məzhəblərini belə hərraca qoyanlar   Azərbaycana qarşı təxribatlarını intensivləşdirən USAİD, NED, Marşal Fondu, İREX kimi digər təşkilatlara da xidmət göstərirlər. ABŞ-ın maliyyə dəstəyi ilə  «demokratiyanın inkişafına dəstək» adı altında fəaliyyət göstərən bu üzdəniraq  təşkilatlar kimi,   «insanlığı,  milli –mənəvi dəyərləri qoruyan» UNECSO da  səlahiyyətləri çatmasa belə  ABŞ Administrasiyasının, Fransa rəhbərlərinin «düşüncəsi» ilə hərəkət edərək ölkəmizə qarşı  genişmiqyaslı  təxribatlarını intensivləşdirirlər. Bu sahədə bələdçiləri isə  milli xəyanətkarlarımızdır. Xarici donorların əlində oyuncaq olan bu  simasızlar müsəlman olduqlarını belə unudublar. Neçə dəfə dəvət edilsə də  Azərbaycana gəlməkdən imtina edən, erməni hərbi birləşmələri, vandalları tərəfindən dağıdılan, daşı-daş üstdə qalmayan şəhər və kəndlərimizdə yaranan acınacaqlı vəziyyəti, erməni quldurlarının donuz saxladıqları məscidlərimizi «görmək istəməyən»  UNESCO  Ermənistanda  sinaqoqun yandırılmasını  da  təbii qəbul etdi. Çünki  başqalarının dininə  hörmətsizlik edənlər mənfur niyyətli ermənilər idi.  Milli –mənəvi dəyərlərimizə təhqir olan bu kimi hallara belə biganə qalan məzhəbsiz  xəyanətkarlarımız  hələ  də ağızlarına su alıb dayanıblar. Onları qınamaq da olmur. Çünki milli mənsubiyyətlərini belə qrantlara dəyişən  əlilər, cəmillər, tofiqlər üçün Vətən anlayışı çoxdan unudulub.

Regiona səfəri zamanı Xankəndidən Hayastana könüllü , sərbəst  miqrasiya edən  ermənilərlə görüşən , «onların halına acıyan» USAID-in direktoru Samanta Puerin  30 ilə yaxın  Ermənistanın təcavüzü nəticəsində fundamental hüquqlarından məhrum edilmiş bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünlərlə görüşdən imtina etməsi belə milli mənsubiyyətlərini unudan Əli Kərimlini, Cəmil Həsənlini, Tofiq Yaqublunu narahat etmədi. Çünki  Samantanın görüşdükləri elə onların qan qardaşları idilər. 

Amma bu zatı qırıqlar beynəlxalq  aləmdə  Azərbaycanla bağlı müsbət fikir formalaşdıqda  səslərini hamıdan yüksək qaldırırlar. Görünür antimilli satqınlarla mübarizə aparan bəzi dövlətlərın təcrübəsinin ölkəmizdə də tətbiqinin vaxtı çatıb.  Artıq bir neçə ölkədə dövlətin maraqlarına xələl gətirən  qüvvələrə qarşı  qanunların həyata keçirilməsinə başlanılıb. Xarici dairələrə xidmət edən müxalifət  partiyalarının dövlət qeydiyyatları ləğv edilir. Müxtəlif ölkələrə və qüvvələrə   agentlik edən syasi partiyalar, qeyri-hökumət təşkilatları haqqında qanunvericilik əsasında ciddi, sərt tədbirlər görülür. Azərbaycanın humanizmindən istifadə edən milli xəyanətkarlar  xidmət göstərdiklər ermənipərst dövlətlərin bu «təcrübəsindən» ibrət götürməli, xarici bazarlarda hərraca çıxardıqları, onlar üçün mənasını itirdikləri  «papaq»larını qarşılarına qoyub düşünməlidirlər.

Xuraman İsmayılqızı, «İki sahil»