23 noyabr 2023 16:32
202

Bəzi Qərb dövlətləri Ermənistanı öz məqsədləri üçün istifadə edirlər

“Ermənistan müstəqil dövlət deyil. Özü üçün “böyük qardaş”dan sonra “böyük bacı” axtarıb”.

“İki sahil” xəbər verir ki,  bu sözləri AZƏRTAC-a müsahibəsində Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin (BMTM) sədri Fərid Şəfiyev deyib.

O, son zamanlar Qərbin Ermənistanı ukraynalaşdırma və suriyalaşdırma istəkləri ilə bağlı səsləndirilən fikirlərə də münasibət bildirib: “Bu məsələdə bənzətmə istifadə edilsə Suriyanın adını demək lazımdır. Ona görə ki, Suriyada da müxtəlif qüvvələr var: İran, Rusiya, ABŞ. Ermənistanda da üç ölkənin təsiri, maraqları var. Nəticə olaraq bu onu göstərir ki, Ermənistan müstəqil dövlət deyil. Özü üçün “böyük qardaş”dan sonra “böyük bacı” axtarıb. Bu ölkələr də Ermənistanı öz məqsədləri üçün istifadə edirlər. Belə bir təhlükə (Ermənistanın Suriya vəziyyətinə düşməsi – red.) var, amma bunu Ermənistan, ermənilər özləri düşünməlidirlər. Bu ölkənin gələcəyi nədən ibarətdir? Həmişə alət olaraq qalmaq və yaxud da bir müstəqil dövlətə çevrilmək”.