Noyabrın 28-də Aşqabadda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə “Heydər Əliyev – Türkmənistan və Azərbaycan qardaşlığı” adlı konsert və foto-sərgi keçiriləcək.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycanın Türkmənistandakı Səfirliyindən məlumat verilib.
Məlumata əsasən, Aşqabadın Muğam Sarayında keçirilək foto-sərgidə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini, eləcə də Azərbaycan və Türkmənistan diplomatik münasibətlərini səciyyələndirən fotolar nümayiş olunacaq.
Sözügedən Muğam Sarayında Azərbaycanın “Muğam” qrupunun Türkmənistanın Dövlət Simfonik Orekstrinin birgə iştirakı ilə “Heydər Əliyev – Türkmənistan və Azərbaycan qardaşlığı” adlı konserti keçiriləcək. Konsertdə musiqiçilər tərəfindən Azərbaycan xalq və bəstəkar mahnıları ifa olunacaq.
“Türkün gücü tükənməz” – Qarabağda quruculuğa Türk Dünyasının qardaşlıq imzası
Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub
Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib
“Sənət inciləri”: növbəti mühazirə-konsert Xəzər Universitetində təşkil olunub