20 noyabr 2023 16:36
310

Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurət idi

1991-ci ildə öz müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan istər daxili sosiyal- iqtisadi gərginlik, istərsə də xarici - Ermənistanın işğal faktı ilə bağlı müstəqilliyin itirilməsi təhlükəsi ilə üzləşmişdi. Müstəqilliyimizin bərpasının ilk illərində yaşananlar xalqın böyük əksəriyyətinin istəyini ifadə edən 91 nəfər ziyalının  Ümummilli Lider Heydər Əliyevə tarixi müraciətində öz əksini tapmışdır. Ümummilli Lider Heydər Əliyev ziyalıların müraciətinə “Yeni, müstəqil Azərbaycan uğrunda” cavabında  “Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın siyasi-ictimai həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər” söyləməklə partiyanın bu gününə və gələcəyinə inamını ifadə etmişdir. Beləliklə, 1992-ci il 21 noyabr tarixində təsis konfransını respublikanın ayrı-ayrı bölgələrindən 550 nümayəndənin iştirakı ilə Naxçıvan Muxtar Respublikasında keçirən Yeni Azərbaycan Partiyasının yaradılması gənc ölkəmizin həyatında yeni bir mərhələyə yol açdı.

Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurət idi.  1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Heydər Əliyev daxili və xarici siyasəti gücləndirib, Azərbaycanın parçalanması cəhdlərinin qarşısını aldı. Xalqın Heydər Əliyevə olan sevgisi, inamı, güvəni nəticəsində Yeni Azərbaycan Partiyası Heydər Əliyevin Sədrliyi ilə xalqın sevimli partiyasına çevrildi.   

Yarandığı ilk gündən parlaq gələcəyi olan partiya bu gün də böyük uğurlara imza atır.  Partiya yeni proqramı əsasında beş fəsildən ibarətdir.

Azərbaycanın hər bir uğurunda öz payı olan Yeni Azərbaycan Partiyası yeni Proqramda əksini tapan hədəfləri zamanında reallığa çevirməklə Ümummilli Liderin şah əsəri olan müasir müstəqil, eyni zamanda, qalib Azərbaycanın daha da qüdrətlənməsinə öz töhfəsini verəcək.

Ayşəm Həsənova,
YAP Xətai rayon təşkilatının “Rahib Məmmədov 18” ünvanı üzrə ərazi partiya təşkilatının üzvü