21 noyabr 2023 13:18
299

YAP xalqımızın və dövlətimizin inkişafı istiqamətində tarixi missiyasını şərəflə yerinə yetirən möhtəşəm siyasi təşkilatdır

Bu gün dünada qüdrətli siyasi təşkilat kimi tanına Yeni Azərbaycan Partiyasının (YAP) təsis konfransı 1992-ci il noyabrın 21-də Naxçıvanda, ölkəmizin bütün regionlarını təmsil edən və 550 nəfərdən ibarət olan təşəbbüs qrupunun iştirakı ilə keçirilmişdir. Partiyanın yaranmasının o zaman Bakıda deyil, məhz Naxçıvanda keçirilməsinin də müəyyən səbəbləri var idi. Belə ki, bir tərəfdən həmin illərdə iqtidarda bir-birini əvəz edən qüvvələr ölkədə demokratik mühitin formalaşması, ictimai-siyasi sabitliyin təmin olunması barədə demək olar ki, düşünmürdülər. Bundan başqa, ölkəmizdəki anti-milli ünsürlər anlayırdılar ki, onların bütün bu özbaşınalıqlarına məhz dahi insan, xalqın sevimlisi Heydər Əliyevin hakimiyyətə gəlişi ilə son qoyulacaq. Məhz bu səbəbdən də antimilli qüvvələr YAP-ın yaranmasına mane olurdular. Ancaq Ulu Öndər Heydər Əliyevin  Azərbaycanı xilas etmək istəyi və Vətənə olan sevgisi YAP-ın yaranmasını sürətləndirdi. Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Nizamnaməsini və Proqramını qəbul etdi. Konfransda Ulu Öndər yekdilliklə partiyanın sədri seçildi. Eyni zamanda, partiyanın Siyasi Şurası, İdarə Heyəti və sədrin müavinləri seçildilər. Beləliklə, müstəqil Azərbaycanın tarixində öz üzərinə böyük tarixi missiya götürən Yeni Azərbaycan Partiyası yarandı. Və qısa müddətdə nüfuz qazandı.

Təbii ki, ötən əsrin 90-cı illərin əvvələrində ölkədə baş verən xaos və  anarxiya  dövlətçiliyə təhlükə törətməkdə davam edirdi. Bu prosesləri yaxından izləyən Azərbaycanın  bir qrup ziyalısı  bu çətin vəziyyətdən çıxmaq, dərinləşən siyasi böhranı dəf etmək üçün  91 nəfər  ziyalının imzası ilə  Ulu öndər  Heydər  Əliyevə müraciət  olundu.  Azərbaycanın ən yeni tarixinə  “91-lər”-in müraciəti kimi daxil olmuş sənəd  əslində, bütün xalqın arzusu  və istəklərinin ifadəsi idi. Xalqın istəyini  nəzərə alaraq Ulu öndərə  müraciət edən  məşhur “91-lər” in  cəsarətli addımları  nəticəsində  dağıdıcı proseslərin qarşısı alındı. Azərbaycxanın görkəmli ziyalıları, tanınmış insanları  və nüfuzlu şəxsiyyətlərinin  imzaladıqları  müraciətdə  Heydər Əliyevdən yeni  yaradılacaq  siyasi  partiyaya  rəhbərlik  etmək  xahiş  olunurdu. 

Beləliklə, müstəqil Azərbaycanın tarixində  öz üzərinə böyük tarixi missiya götürən  YAP yaradıldı. Ulu Öndər Heydər Əliyev rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasını  qısa müddət ərzində  cəmiyyətin aparıcı qüvvəsinə  çevirməyi  bacardı. Ulu Öndər cəmiyyətimizin  aparıcı  siyasi  qüvvəsi olan bu partiyanı qısa zaman kəsiyində inkişaf  etdirdi, özünün dediyi kimi dünənin, bugünün və sabahın partiyası səviyyəsinə yüksəltdi.  Bu dahi insanın yaratdığı  və bizlərə miras qoyduğu bu partiya  ötən illər ərzində ölkəmizdə  siyasi sabitliyin və davamlı inkişafın təminatçısı kimi çıxış etmişdir.  Heydər Əliyev ideyalarına daima sadiq olan partiya milli məfkurənin  əsasını təşkil edən  dövlətçilik,  qanunçuluq, azərbaycançılıq, yaradıcı təkamül, vətəndaş həmrəyliyi və sosial  ədalət  prinsiplərini  özünün həyat tərzinə çevirmişdir.

Azərbaycan xalqının dahi oğlu  Heydər Əliyevin 2003-cü ilin dekabrın 12-də vəfat etməsindən sonra  partiya qarşısında  duran əsas məsələ yeni sədrin  seçilməsi  və ulu öndər siyasi kursunun  davam etdirilməsi  məsələsi idi.  Bu məqsədlə,  Yeni Azərbaycan Partiyasının 2005-ci il 26 mart tarixində  keçirilmiş  III qurultayında  Partiyanın yeni Sədri, Azərbaycan Respublikasının  Prezidenti İlham Əliyev  seçildi.  Prezident İlham Əliyevin partiyaya rəhbər  seçilməsindən sonra,  partiya qarşısında  ən ümdə məsələ, Heydər Əliyev  ideallarının  yaşaması, gerçəkləşməsi və  həyata keçirilməsi məsələsi idi. Eyni zamanda, YAP  İlham Əliyevin rəhbərliyi ilə demokratik, hüquqi, dünyəvi dövlət və azad vətəndaş cəmiyyəti  qurmaq  məqsədilə   irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən,  əqidəsindən asılı olmayaraq  Azərbaycan vətəndaşlarını  ümumi siyasi ideya  və məqsəd ətrafında  birləşdirməyə nail oldu.  Prezident  İlham Əliyev  YAP-ı ümumxalq  partiyasına çevirməyi bacardı. Prezident  İlham Əliyevin rəhbərliyi  dönəmində  YAP-ın  yeni in kişaf mərhələsi  başladı.  5 mart 2021- ci il tarixində  keçirilmiş partiyanın VII qurultayında  qəbul edilmiş  qərar əsasında  Yeni Azərbaycan Partiyasının  yeni Nizamnaməsi, 40  nəfər tərkidə İdarə Heyəti, 13 nəfərdən ibarət  Təftiş Komissiyası  və yeni qurum olaraq  YAP-ın Veteranlar Şurasının  35 nəfərlik tərkibi  təsdiq edilmişdir. Beləliklə, partiya siyasi təşkilat olaraq  bu gün ətrafında 720830 nəfəri birləşdirir.

Bu bir qürurverici  gerçəklikdir ki, Ulu Öndərin siyasi kursuna  və onun ideyalarının  həyata keçirilməsinə Prezident İlham Əliyev qədər çalışan, ölkəmizin inkişafı, çiçəklənməsi , tərəqqisi, Azərbaycan mədəniyyətinin və qeyri- maddi və mənəvi  irsin  dünyada  tanıdılması işində  misilsiz xidmət göstərən Mehriban Xanım Əliyeva  böyük etimada  layiq görülərək  partiya sədrinin  birinci müavini təyin edildi. Eyni zamanda, cəmiyyətdə və dövlət qulluğu sahəsində  müsbət  reputasiya  qazanmış, dürüst, vicdanlı, işgüzar  və ən əsası Heydər Əliyev ideallarına  sadiq olan Tahir Budaqovun  YAP sədrinin müavini-mərkəzi aparatın rəhbəri təyin  edilməsi ən uğurlu  seçim oldu. Yeni formalaşan  komanda  partiyanın  inkişafı, tərəqqisi naminə  bir sıra nailiyyətlərə  imza atdı. Beləliklə, partiya  qarşısına  siyasi dəyərlər  və prinsiplərə əsaslanan  10 strateji istiqamət müəyyən etdi.

Bəli, bu gün də Heydər Əliyev yolu müstəqillik, Azərbaycançılıq, dövlətçilik, demokratiklik, qanunun aliliyi və bəşərilik deməkdir.  Məhz bü çağdaş tendensiyaları və  regionda  yaranmış “yeni reallığı”  nəzərə alan  yeni Proqram YAP İdarə Heyətinin  2021-ci il 29 dekabr iclasında  təsdiq edilmişdir.  Prezident  İlham Əliyevin təbirincə  desək  YAP  Cənubi Qafqazın ən böyük  və ən nüfuzlu partiyasıdır.

Bu, bir gerçəklikdir ki, YAP özünün yeni inkişaf dövrünü yaşayır. Bütün seçkilərin şəriksiz qalibi olan partiyamız hazırda qalib Sərkərdə, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi  ilə daha da qüdrətlənir.  Partiyamızın və dövlətimizin rəhbəri son 3 ildə nəinki, Azərbaycan xalqı üçün, ümumilikdə bütün türk dünyası üçün düşmən üzərində elə bir Qalibiyyət tarixi yazdı ki, indi bütün dünya bizimlə hesablaşmaq zorundadır.

İsmayıl İbrahimov,
YAP Hacıqabul rayon təşkilatının sədri