20 noyabr 2023 19:24
145

Ağdam yenidən ölkəmizin ən zəngin və müasir rayonlarından birinə çevriləcək

Ağdamı xarici və yerli jurnalistlər Qafqazın Xirosiması adlandırıblar. Ağdam rayonu 1930-cu ildə yaradılıb. Ağdam rayonu Azərbaycanın qədim,füsunkar təbiətli torpağı olan Qarabağın mərkəzində yerləşir. Ağdam rayonunda çoxlu sayda tariximizin şahidi olan memarlıq abidələri var idi. Ağdam şəhərinin şimal qərbində Xındırıstan kəndində yerləşən Üzərlik təpə abidəsi, Xaçındərbənd kəndindəki Qutlu Musa oğlu günbəzi, Salahlı-Kəngərli kəndindəki türbə və daş abidələr, Papravənd kəndindəki Xanoğlu türbəsi, Pənahəli xanın imarəti, Şahbulaq qalası və s. memarlıq abidələri bu yurdun qədim Azərbaycan torpağı olduğunu təsdiq edir. Ağdam Qafqazda ilk şəhər tipli yaşayış məskənlərindən biri olmuşdur. Qarabağ müharibəsinin gedişində 23 iyul 1993-ci ildə Ağdam şəhəri erməni qüvvələri tərəfindən işğal edilmişdir.

20 noyabr 2020 -ci il tarixində Azərbaycan Silahli Qüvvələri Ağdam şəhərinə daxil olur. Bununla Ağdam şəhərinin işğalına son qoyulur. İşğaldan azad edildikdən sonra Ağdamda minadan təmizləmə işləri başlanılıb.2020 -ci il noyabrın 23-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam şəhərində olublar. Dövlət başçısı Ağdamda Azərbaycanın üçrəngli bayrağını qaldırıb. Bir vaxtlar qaynar həyatın olduğu,əməksevər insanların qurubyaratdıqları abad şəhərdən əsər əlamət qalmayıç . Erməni işğalçılar xislətlərinə uyğun olaraq, Ağdamın ağ damlarını xarabalığa çeviriblər, şəhəri darmadağın ediblər. Yuxarıda adları çəkilən abidələr eləcə də Xan qızı Xurşidbanu Natəvanın türbəsi ,dini ziyarətgahlar darmadadağın edilib. Ağdam şəhərinin mərkəzində yerləşən qədim memarlıq abidəsi sayılan məscid və onun minarələri də vəhşicəsinə ucurulub. Bu 1954- cü il Haaqa Konvensiyasının protokolunun və “Arxeoloji irsin qorunması haqqında “ 1992-ci il tarixli Avropa Konvensiyasının tələblərinin pozulmasıdır. Azərbaycan erməni vandalizminin cəzalandırılması üçün bütün hüquqi imkanlardan istifadə edəcək. Xarici və yerli jurnalistlər işğaldan azad olunmuş Ağdam şəhərinə səfərləri zamanı bütün dağıntğları öz gözləri ilə görmüş, yaşadıqları təəssüratları sonradan informasiya vasitələrində paylaşmışdılar. Xarici qonaqlar qarşılaşdıqları mənzərədən şoka düşdüklərini gizlətməyiblər.

Meksikalı jurnalist, ”Canal Once” dövlət televiziyasının , ABC kanalının aparıcısı Federio Lamont Ağdam Dram Teatrının dağıdılmış qalıqlarını gördükdən sonra buranın ona Hirosimadakı Sülh Memorial Muzeyində gördüklərini xatırlatdığını söyləyib. Əcnəbi jurnalistlərə Ağdam şəhərinin bərpası işləri barədə də məlumat verilib. Ağdam yenidən bərpa edilərək Azərbaycanın ən gözəl şəhərləri sırasında olacaq. Ağdam rayonu yenidən Azərbaycanın ən zəngin, mədəniyyətin, aqrar sənayenin, kənd təsərrüfatının gur inkişaf etdiyi rayonlardan birinə çevriləcək. Hal-hazırda Cənab Prezidentin göstərişi ilə Ağdamda bərpa-yenidənqurma işləri aparılır, yeni infrasturktur qurulur, şəhər dirçəldilir.

Aybəniz Məmməd-zadə,
YAP Xətai rayon təşkilatının "Mədinə Gülgün küçəsi 1" ünvanı üzrə ərazi partiya təşkilatının üzvü