20 noyabr 2023 11:33
201

Azad Ağdamda müasir infrastruktur yaradılır

Üç il bundan əvvəl -2020-ci ilin noyabrın 20-də bir güllə atılmadan erməni işğalından azad edilən Ağdam rayonu Ali Baş Komandan İlham Əliyevin hərb meydanındakı qələbələrinin diplomitik meydandakı davamı idi. Düşmən tərəfindən Ağdamda törədilən dağıntıların miqyası onu göstərdi ki, biz insanlıqdan uzaq çox qəddar bir düşməni məğlub etmişik. 

Bu gün dağıdılmış ərazilərin əvvəlindən daha gözəl,müasir standartlara uyğun olarqaq qurulması,infrastrukturun bərpasını nəzərdə tutulan tədbirlərin görülməsi, diqqətin bu ərazilərə cəlb olunması Prezidentimizin ən ali məqsədlərindən biridir. Yeni yollarla rayonlar və şəhərlər arasında əlaqə daha tez və daha rahat  qurulacaq. Müasir standartlara cavab verən yolların çəkilməsi məhz buna xidmət edir. Ağdamda regionun iri sənaye parkının qurulması ,yeni iş yerlərinin qurulmasına imkan verərək, əhalinin sosial və iqtisadi imkanlarl yüksək səviyyədə təmin olunacaq.

Ümumilikdə Ağdam şəhərinin bərpası ilə görülən və görüləcək  işlər onu göstərir ki, bu ərazinin yüksək səviyyədə dirçəldilməsi və yenidən qurulması, Ağdam- Füzuli arasında  yolların yenidən qurulması daim dövlət başçısının nəzarətindədir.Ağdam rayonunun baş planı hazırlanıb ictimaiyyətə təqdim olunmuş və burada böyük işlərin görülməsi nəzərdə tutan işlər görülmüşdür.Ermənilər Qarabağ regionunun tarixini məhv edib,qondarma tarix uydurmaq üçün mədəniyyət abidələrini məhv etmişlər.Ancaq Prezidentimizin tarixi yaşatmaq,həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq üçün mədəniyyət abidələrinin,xüsusi ilə xalqın mənəvi dəyərləri sayılan məscidləri bərpasına daha çox əhəmiyyət vermişdir. Xalqımızın yenidənqurma və bərpa işləri ilə tanış olmaq,yerində görmək üçün buraya müntəzəm səfərlər edir.Eyni zamanda bu ərazilərin dağıntılarına şahid olurlar.Yenidən qurma və yenidən bərpa işləri onu göstərir ki,Prezidentimiz Müzəffər Ali Baş Komandan əminliklə addımlayaraq, ermənilərin 8 noyabr 2020-ci il üçtərəfli sülh müqaviləsinə riayət edəcəyinə tam əmindir.Prezidentimizində qeyd etdiyi kimi “Əgər hər hansı revanşist qüvvələr baş qaldırarsa,bunun cavabı çox sərt olacaq və onlar buna qatlanacaqlar ”

Bu mesaj göstərir ki, məhz Prezidentimiz öz sözünə və əməlinə sadiq qalaraq Xankəndi və Xocalı əməliyyatlarına əmr vermişdir.Dəqiq kəşfiyyat və hərbi qüdrətimizin nəticəsində əməliyyat 23 saat sürmüş və ərazilərimizdə terror və separatizmə tamamən son qoyulmuşdur. Ali Baş Komandanın  qeyd etdiyi kimi, heç bir ölkədən heç bir maddi kömək alınmadan bərpa işləri davam edir. Həm əhalinin maddi rifahının yüksəldilməsi, həmdə eyni zamanda ərazilərin bərpası böyük cəsarət və şücaət rəmzidir. Dövlətimizin başçısı 17 il ərazidə böyük səbr və cəsarət nümayiş etdirərək qan tökmədən ərazilərimizin azad edilməsi üçün məqsədyönlü fəaliyyət göstərmişdir.Sülhə daha çox üstünlük verərək,xoşniyyətini nümayiş etdirmişdir.Ancaq əminsözlərlə bildirdi ki,nəyin bahasına olursa olsun biz öz ərazilərimizi azad edəcəyik. Buda onu göstərir ki,prezidentimiz Azərbaycanın hərbi gücünü və potensialını artıraraq buna hazırlıq görmüşdür. Qarabağ regionununda aparılan işlər onu göstərir ki, Prezidentimiz hər bir işdə və hər bir şəraitdə sözünə sadiqdir və nə zaman nə edəcəyini əla bilir. Ağdam şəhərində  aparılan işlər göstərir ki, tamamən dağıdılmış bir  şəhərin qısa bir vaxta yenidən qurulması, əhalinin tez bir vaxta yurdlarına geri dönmələri üçün görülən tədbirlər Müzəffər Ali Baş Komandanın diqqət və qayğısından irəli gəlir! Artıq Ağdam şəhəri Qafqazın Hiroşiması olmaqdan çıxaraq müasir,gözəl eyni zamanda tarixi özündə əks etdirən şəhərə dönüşür. Xankəndində keçirilən hərbi parad revanşist qüvvələrin planını alt-üst etmişdir.

Yaşasın Müzəffər Ali Baş Komandan,

Yaşasın Müzəffər ordumuz,

Yaşasın Azərbaycan xalqı,

Qarabağ Azərbaycandır!    

Eldar Lahıcov,
Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının "Məzahir Rüstəmov 39" ünvanı üzrə ərazi partiya təşkilatının üzvü