20 noyabr 2023 10:15
145

Ağdamı xarici və yerli jurnalistlər Qafqazın Xirosiması adlandırıblar

Ağdamı xarici və yerli jurnalistlər Qafqazın Xirosiması adlandırıb. Bilirik ki, işğal altında olan torpaqlarımızın vəziyyəti daim Azərbaycan xalqını narahat edib. Çünki düşmənin torpaqlarımızda törətdiyi vəhşiliyi işıqlandırması üçün daim xarici jurnalislərin və dövlətlərin həmin torpaqların vəziyyəti ilə maraqlanmağını tələb etmişik. Təəssüflər olsun ki, 30 ilə yaxın işğal altında olan torpaqlarda törədilən vəhşiliklər heç bir xarici mətbuatda işıqlandırılmamış, bu da qədim Azərbaycan torpağının erməni vandalizminə məruz qalmağına gətirib çıxarmışdır. Nəhayət işğaldan azad olunmuş Azərbaycan torpaqlarının vəziyyətini öz gözləri ilə görməsi üçün xarici jurnalistlər də Azərbaycana dəvət olunmuş və yerli jurnalistlərlə birgə həmin ərazilərdə çəkilişlər aparmışlar.Bu diyarın vəhşiliyə məruz qalması, hətta vəhşiliyin pik həddi olan Xirosima dəhşətinə bənzədilməsi Azərbaycan torpaqlarında erməni vandalizminin bariz nümunəsidir.

Təbii ki, bu səfərlər vasitəsilə dünya ictimaiyyəti bilməlidir ki, erməni vəhşiliyi yalnız dinc əhaliyə qarşı yox, həm də Qarabağın əsrarəngiz təbiətinə də qarşı olubdur. Böyük Ermənistan yaratmaq xülyasına düşən mənfur düşmənlərimiz öz məqsədlərinə çatmaq üçün bəzi xarici himayədarlarını da öz tərəflərinə çəksələr də, haqqı gizlədə bilməmişlər. Törədilən vəhşiliyi öz gözləri ilə görən jurnalistlər birmənalı fikirlərini ifadə etməkdən çəkinməmişlər. Təbii ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hər dəfə xarici və yerli jurnalistlərlə görüşərkən bir fikri vurğulamışdır ki, azərbaycanlı məcburi köçkünlərin öz yurdlarına qayıtması üçün öncə həmin ərazilər minalardan təmizlənməli,infrastruktur bərpa edilməlidir. Bəllidir ki, müharibədən sonra irimiqyaslı quruculuq işləri ilk olaraq Ağdamdan başladı. Çünki Ağdam Qarabağın giriş qapısıdır.Düşmən burada heç bir həyat əlaməti saxlamamış, şəhəri xarabalığa çevirmişdir.

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi ilə Ağdamda avtomobil yolunun,inşa olunacaq yaşayış binalarının, Ağdam Sənaye Parkının,Zəfər muzeyi və açıq havada İşğal muzeyi və.s kimi işlərin və Ağdam şəhər bərpasının təməl daşı atılıb. Biz əminik ki, Ağdam qaranlıqdan çıxıb əvvəlki vəziyyətindən də gözəl görünüş alacaq. Onu da qeyd etmək lazımdır ki Ağdam Cümə məscidinin yenidən bərpa olunması , Ağdam tarixi abidələrinin qorunması dövlətin diqqət mərkəzindədir. Ağdamda hər daş daş üstünə qoyulduqca, onun acı mənzərəsinin yerini müasir, işıqlı , öz yerli sakinlərini qəbul etmiş, canlanmış Ağdam alacaq.

Vüsalə Yəhyayeva,
YAP Xətai rayon təşkilatının "Məzahir Rüstəmov 39" ünvanı üzrə  ərazi partiya təşkilatının üzvü