20 noyabr 2023 01:52
428

YAP ümumxalq partiyasıdır

Hər zaman Azərbaycan xalqının taleyini düşünən, ölkəsini böhrandan çıxarmaq məqsədilə yaradılan  Yeni Azərbaycan Partiyası cəmiyyətin aparıcı siyasi qüvvəsinə çevrilmiş ümumxalq partiyasıdır. Xaos və qeyri-sabitliyin hökm sürdüyü bir dövrdə yaradılan  Yeni Azərbaycan Partiyası Azərbaycan xalqının düçar ola biləcəyi  daha böyük fəlakətlərin qarşısını aldı, məhv olmaq  təhlükəsi ilə qarşı-qarşıya olan bir dövrdə xalqın ziyalıları Azərbaycan xalqının dahi lideri Heydər Əliyevin ətrafında birləşdilər və Onun təşəbbüsü ilə 1992-ci il noyabrın 21-də bu partiya təsis edildi. Azərbaycan xalqının ÜmummilliL Lideri Heydər Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası qısa müddət ərzində inkişaf edərək xalq partiyasına çevrildi. Ölkəmizdə siyasi sabitliyin və davamlı inkişafın təminatçısı olan partiya yarandığı gündən bu günə qədər çox şərəfli və uğurlu yol keçmişdir. 
Azərbaycan xalqını Ümummilli Liderimizə olan etimadı sayəsində bu partiya qısa müddət ərzində təşkilatlanaraq bütün bölgələrimizdə yerli təşkilatlarını  yaratmağa nail oldu. Partiyanın ən əsas məqamı  Azərbaycan dövlətinin müstəqilliyini qorumaq , ərazi bütövlüyünü təmin etmək, əmin- amanlıq, ictimai-siyasi  sabitlik, milli həmrəylik və güclü iqtisadiyyat yaratmaqdan ibarət olub.

Ulu Öndər Heydər Əliyevin siyasi varisi, xalqımızın lideri Prezident İlham Əliyevin rəhbərliyi ilə partiyamız yeni-yeni uğurlar qazanır. Cənab Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasətin nəticəsidir ki, 30 ildən artıq düşmən tapdağında olan torpaqlarımız qəhrəman Azərbaycan oğullarının igidliyi sayəsində azad olundu, Azərbaycan xalqı Ali Baş Komandanın dəmir yumruğu altında birləşərək xalqımız üçün çox önəmli olan zəfər tarixini Azərbaycan xalqının tarixinə əbədi olaraq həkk etdi. Azad olunan torpaqlarda aparılan yenidənqurma işləri Azərbaycan xalqına yenidən ruh yüksəkliyi verdi.   

Bir sözlə,müstəqil,güclü və qüvvətli dövlətçilik Yeni Azərbaycan Partiyasının əsas prinsipləridir. Ulu Öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən cənab Prezident İlham Əliyevin rəhbərliyi Yeni Azərbaycan Partiyasının yeni zəfərlərə imza atacaq.

Səmayə Səmədova,
YAP Xətai rayon təşkilatını "8 Noyabr prospekti 159" ünvanı üzrə ərazı partiya təşkilatının üzvü