Amerikalı pop-müğənni Teylor Sviftin pərəstişkarı ifaçının Rio-de-Janeyroda verdiyi konsert zamanı həyatını itirib.
“İki sahil” xəbər verir ki, bu barədə Braziliya mətbuatı məlumat yayıb.
Həyatını itirən qadın 23 yaşılı Ana Klara Benevidesdir.
Qadın konsert meydançasının birinci sırasında olub. İddiaya görə, o, stadiondakı sıxlıqdan və boğanaq səbəbindən huşunu itirib. Müğənninin fanatı xəstəxanada dünyasını dəyişib.
İlkin məlumata görə, Teylor Sviftin konserti zamanı stadionda temperatur 60 dərəcə çatıb, buna tamaşaçıların çoxluğu və Rio-de-Janeyroda yaranan anomal istilər səbəb olub.
Maraqlıdır ki, buna rəğmən konsert təşkilatçıları stadiona su gətirməyi qadağan ediblər.
Hətta konsertin gedişində Teylor Svift çıxışını yarımçıq saxlayıb və pərəstişkarlarına su paylayıb.
“Türkün gücü tükənməz” – Qarabağda quruculuğa Türk Dünyasının qardaşlıq imzası
Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub
Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib
“Sənət inciləri”: növbəti mühazirə-konsert Xəzər Universitetində təşkil olunub