15 noyabr 2023 17:47
269

Tarixi Qələbəmiz qürur mənbəyimizdir

27 sentyabr 2020-ci ildə başlayan və 44 gün davam edən Vətən müharibəsində Ali Baş Komandan Cənab İlham Əliyevin ali rəhbərliyi ilə güclü Ordumuz  erməni təcavüzkarlarını döyüş meydanında məhv edərək möhtəşəm Zəfər qazandı. 10 noyabr 2020-ci ildə  Ermənistanın rəhbərliyi məğlubiyyətini etiraf edərək kapitulyasiya aktını imzalamış və 28 il öncə işğal etdiyi  bir neçə yaşayış məntəqələrini  əsl sahiblərinə geri qaytaracağına, qoşunlarını Qarabağdan çıxaracağına  vəd vermişdir. Lakin  həmişə olduğu kimi  bəzi məsələlərdə yenə onlar vədlərinə xilaf çıxaraq nəinki ərazilərimizi tərk etdilər,hətta 3 il sonra,yəni bu ilin sentyabrında növbəti təxribatlara əl atdılar. Cənab Ali Baş Komandanımızın peşəkar idarəetməsi altında Azərbaycanın rəşadətli Ordusu sentyabrın 19-da başladığı və bir neçə saatlar  davam edən lokal xarakterli antiterror tədbirləri ilə düşmənə növbəti sarsıdıcı zərbələr endirərək,  strateji yüksəklikləri ələ keçirdi və düşməni təslim olmağa məcbur etdi.Nəticədə Qarabağda yaradılmış qondarma separatçı rejim ləğv olundu və  Azərbaycan öz ərazisində tam suverenliyini bərpa etdi.

“Mən bu 20 il ərzində heç vaxt şübhə etmirdim ki, bu gün gələcək və Xankəndi şəhərində Azərbaycan Bayrağı altında hərbi parad keçiriləcək” . Bu sözləri  cari ilin   noyabrın 8-də Xankəndi şəhərində  keçirilən Zəfər Gününün 3 ilinə həsr edilmiş möhtəşəm hərbi  paradda Ali Baş Komandan Cənab İlham Əliyev demişdi. Bu hərbi parad ölkəmizin gücünü, hərbi qüdrətini nümayiş etdirməklə həm düşmənə, həm də onun havadarlarına daha bir ciddi mesaj oldu. Bu hərbi parad bir daha təsdiq etdi ki, Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyev tərəfindən Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad edilməsi məqsədilə 2003-cü ildən bu günə qədər qəbul olunmuş hər bir qərar, bu istiqamətdə atılmış hər bir addım son dərəcə doğru və effektiv olub.

20 il öncə ilk dəfə Cənab İlham Əliyev prezident seçildikdə öz xalqına söz vermişdi ki, ölkənin ərazi bütövlüyünü bərpa olunmasında əlindən gələni edəcək və Azərbaycanın Dövlət Bayrağı işğal altında olan torpaqların hər bir guşəsində dalğalanacaq. Artıq müqəddəs bayrağımız Şuşada, Xankəndidə, Xocalıda və digər bütün işğaldan azad edilən ərazilərimizdə qürurla dalğalanır və bu tarixi hadisə də bütün xalqımıza böyük fəxarət hissi yaşadır. O, həmçinin çıxışında qeyd etmişdir ki,müharibədə nə qədər silah-sursatdan,müasir texnologiyadan istifadıə olunsa da qələbəni qazandıran əsgər və zabitdir. Cənab Prezident çıxışında 44 günlük Vətən müharibəsindən sonra da ordu quruculuğunun davam etdirildiyini vurğulayıb və şahid oluruq ki, İkinci Qarabağ müharibəsindən sonra da ordu quruculuğu prosesini sürətləndirilir,  Qarabağ bölgəsində bütün vacib olan məntəqələrə yerləşdirilir. Həmçinin,uzun illər ərzində işğal altında qalmış Azərbaycan-Ermənistan sərhədi nəzarətə götürmüş və buradakı  mövqelərimiz tədricən yaxşılaşdırılmış və müxtəlif tədbirlər nəticəsində Azərbaycan-Ermənistan sərhədinin böyük hissəsində ən əlverişli mövqelərə sahib olmuşdur. Keçirilmiş bir neçə hərbi əməliyyatlar nəticəsində bu gün  Azərbaycan öz sərhədini tam olaraq qoruyur. 

Cənab Prezident İlham Əliyevin hərbi paradda səsləndirdiyi bəyanatlardan qarşı tərəf nəticə çıxarmalı və öz revanşist mövqeyinə son qoymalı və sülh müqaviləsini imzalamalıdır. 

Bəyaz Ağalarova,

YAP Yevlax rayon təşkilatının fəalı