15 noyabr 2023 16:22
368

Balotelli ağır zədə alıb

"Adana Demirspor"un ulduz futbolçusu Mario Balotelli zədələnib.

"İki sahil" "NTV Spor"a istinadən xəbər verir ki, klub prezidenti Murat Sancak italiyalı hücumçunun ölkəsində əməliyyat olunacağını bildirib.

Klub rəhbəri Balotellinin 2-3 ay meydana çıxa bilməyəcəyini deyib.

Qeyd edək ki, sentyabr ayında Adana təmsilçisinə keçən 33 yaşlı forvard Superliqada 5 oyuna çıxıb və 3 qol vurub.