30 iyul 2026 19:21
126

Konfrans Liqası: "Zirə" və "Payde" komandalarının start heyətləri açıqlanıb

UEFA Konfrans Liqasının II tənsifat mərhələsinin cavab görüşündə üz-üzə gələcək "Zirə" və Estoniyanın "Zirə" kollektivlərinin start heyətləri bəlli olub.

“İki sahil” xəbər verir ki, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar.

"Zirə": Aydın Bayramov, Qismət Əliyev (k), Ruan Renato, İssa Cibrilla, Mutsinzi Anje, Vieyra, Quima, Brahim Konate, Ayxan Hüseynov, Davit Volkov, Eren Aydın.

"Payde": Ebrima Cardju, Mixael Lilander, Viktor Uqo, Nikita Baranov, Edqar Tur, Pamodu Sohna, Oskar Hiym, Martin Miller, Siim Luts, Abdurahman Badamosi, Daniel Luts

Qeyd edək ki, "Zirə" - "Payde" görüşü bu gün saat 20:00-da Sumqayıt şəhər stadionunda start götürəcək. Komandalar arasında Estoniyada baş tutan ilk görüşdə rəqib 1:0 hesablı qələbə qazanıb.