14 noyabr 2023 15:37
95

Azərbaycan İƏT-ın üzv dövlətləri ilə əməkdaşlığı daha da genişləndirməkdə qərarlıdır

Noyabrın 9-da Özbəkistan Respublikasının Daşkənd şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə toplantısı keçirilmişdir.  Zirvə toplantısında AR prezidenti İlham Əliyev cənabları çıxış etmişdir.

İƏT-na Azərbaycan Respublikası noyabrın 28-də 1992-ci ildə üzvü oldu.

Bu təşkilat kənd təsərrüfatı, nəqliyyat və rabitə, infrastruktur və ictimai işlər, elm, təhsil və mədəniyyət, energetika və s.məsələlər üzrə fəaliyyət göstərir.

İƏT-na üzv dövlətlər 2020-ci ilə qədər mövcud olan Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsinə konkret münasibət bildirmiş beynəlxalq normalara qarşı çıxaraq Azərbaycanın ərazi bütövlüyünü pozan Ermənistana tənqidi yanaşmış və ölkəmizin maraqlarını haqlı olaraq müdafiə etmişdir.

Çıxışında Azərbaycan Respublikasının Prezidenti Ermənistanın Azərbaycanın 20%-ə yaxın ərazisini təqribən 30 il ərzində işğal altında saxlanmasını vurğuladı. Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlı öz dədə-baba yurdundan qovulmuş, qaçqın və məcburi köçkünə çevrilmişdir.

Ölkə başçısı öz çıxışında bir daha 2020-ci ildə Azərbaycan BMT nizamnaməsindən irəli gələn legitim özünümüdafiə hüququndan istifadə edərək Vətən müharibəsində Ermənistanı məğlubiyyətə uğratdı və BMT-ın Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 27 il ərzində kağız üzərində qalmış dörd qətnamənin icrasını özü təmin etdi. İşğal dövründə Ermənistan Azərbaycanın 9 şəhərini və yüzlərlə kəndini yer üzündən silmiş, islam dininə məxsus mədəni və tarixi irsimizi dağıtmış və təhqir etmişdir. 67 məsciddən 65-i dağıdılmış, qalanlar isə inək və donuz saxlanması üçün tövlə kimi istifadə olunmuşdur.

Ölkə başçısı bu il sentyabrın 19-20-də keçirilmiş birgünlük antiterror əməliyyatı nəticəsində Azərbaycanın Qarabağdakı qanunsuz seperatçı rejimin mövcudluğuna son qoydu və özünün beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyini tam bərpa etdi. “Biz ərazi bütövlüyümüzə güc yolu ilə, beynəlxalq hüquqa və BMT-in Nizamnaməsinə uyğun olaraq bərpa etmişik və bununla qürur duyuruq” – söylədi Prezident.

Çıxışının sonunda Prezident İlham Əliyev cənabları söyləmişdir ki, Azərbaycan İƏT-ın üzv dövlətləri ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığı daha da genişləndirməkdə qərarlıdır və təşkilatın növbəti zirvə görüşünə ev sahibliyi etməyə hazırdır.

Tavat Şıxverdiyeva,
YAP Xətai rayon təşkilatının "General Şixlinski" ünvanı üzrə ərazi partiya təşkilatının üzvü