14 noyabr 2023 11:34
88

Erməni vandalizminin sübutu

Keçmiş DQarabağ münaqişəsi Cənubi Qafqazın müasir tarixinin ən qanlı münaqişəsi hesab edilir.Bu münaqişə erməni vandalizminin ən ağır nümunələrini ortaya qoymaqla tariximizdə olduqca böyük yaralar açmışdır. 1991-1994-cü illərdə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayəti və ona bitişik 7 rayonun işğal edilməsi (Ağdam, Cəbrayıl, Füzuli, Kəlbəcər, Qubadlı, Laçın vəZəngilan) və misli görünməyən erməni vandalizmi nəticəsində 20 mindən çox azərbaycanlı həlak olmuş, 4866 nəfər itkin düşmüş, 100 minə yaxın insan yaralanmış, 50 min soydaşımız müxtəlif dərəcəli bədən xəsarətləri alaraq əlil olmuşdur. Hərbi təcavüz nəticəsində 900 yaşayış məntəqəsi, 130939 yaşayış evi, 2389 sənaye və kənd təsərrüfatı obyekti, 1025 təhsil və798 səhiyyə müəssisəsi və 1510 mədəniyyət müəssisəsi ermənilər tərəfindən dağıdılmış, işğal edilmiş ərazilərdə yerləşən istər müasir, istərsə də tarixi əhəmiyyəti olan digər obyektlərə qarşı amansız vandalizm aktları həyata keçirilmişdir. Erməni təcavüzkarları işğal etdikləri ərazilərdə Azərbaycanın mədəni irsini təşkil edən mədəni şedevrləri vəhşicəsinə məhv etmiş, 12 muzey, 6 rəsm qalereyası, 152 müqəddəs hesab edilən yer və məbəd, o cümlədən işğal olunmuş ərazilərdə qalan 62 məscid erməni təcavüzünün qurbanı olmuşdur. Yerlə-yeksan edilən və ya yandırılan 927 kitabxanada 4,6 milyon kitab vənadir əlyazma nümunələri məhv edilmişdir.

Erməni təcavüzkarlarının Qarabağda və qonşu rayonlarda Azərbaycanın mədəni abidələrinə vurduğu ziyanı dəqiq qiymətləndirmək mümkün deyil, çünki talan və ya dağıdılan sərvətlər təkcə Azərbaycanın deyil, bütün bəşər sivilizasiyasının müstəsna şah  əsəri hesab olunur.

Ermənistan Silahlı Qüvvələrinin təcavüzü nəticəsində əhaliyə dəymiş mənəvi-psixoloji sarsıntılarla yanaşı, ilkin hesablamalara görə, Azərbaycan iqtisadiyyatına dəymiş ziyan 300 milyard ABŞ dollarını ötür.İşğal illərində Şuşa, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı şəhərləri Ermənistan Silahlı Qüvvələri tərəfindən tamamilə dağıdılmış və talan edilmişdir. Ağdam vəFüzuli şəhərlərinin işğaldan sonrakı vəziyyəti 1945-ci ildə işğal dövründə atom bombası ilə dağıdılan Xirosima və Naqasaki şəhərlərindən heç nə ilə fərqlənməmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasındakı çıxışında erməni vandalizminin dəhşətlərini ifadə etmək üçün bildirmişdirki, Ağdam şəhərini Qafqazın Hirosiması adlandırmaq olar.

Bununla yanaşı tarixən Azərbaycan torpağı olan indiki Ermənistan ərazisində mindən artıq azərbaycanlı yaşayış məskəni, yüzlərlə tarixi-memarlıq abidəsi, karvansaraylar, malikanələr, məscidlər, məqbərələr, qəbiristanlıqlar, qəbirlər, qəbir daşları vəs. mövcud olmuşdur. XX əsrdə azərbaycanlılara qarşı etnik təmizləmə və ermənilərin tarixi abidələrə qarşı törətdikləri vandalizm aktı nəticəsində Ermənistan monoetnik dövlətə çevrilmiş, azərbaycanlıların mövcudluğunu əks etdirən bütün tarixi-memarlıq abidələri xəritədən silinmiş, qəbiristanlıqlar məhv edilmişdir.

AzərbaycanınRespublikası bütün bu işğal siyasətinə və vandalizmə səssiz qalmayaraq Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında şanlı və rəşadətli Silahlı Qüvvələrimiz 33 ildən bəri davam edən qanlı Ermənistan–Azərbaycan münaqişəsin cəmi 44 gün ərzində son qoymuşdur. İstər hərb, istərsədə siyasət meydanında aparılan uğurlu işlər nəticəsində artıq Azərbaycan bayrağı işğala məruz qalmış bütün şəhər, rayon və qəsəbələrimiz də dalğalanmaqdadır. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevində iştirakı ilə Xankəndi şəhərində keçirilən Azərbaycan ordusunun hərbi paradı ilə münaqişə tarixin qaranlığına qovuşmuşdur.

İndi isə ölkəmizin qarşısındakı məqsəd artıq uzun illərdir ata-baba yurdlarından didərgin düşən vətəndaşlarımızın qısa müddətdə öz torpaqlarına qayıdışının təmin olunmasıdır. Bu məqsədlə Ali Baş Komandanın rəhbərliyi ilə aparılan yenidən qurma işləri sürətlə davam etdirilir.  Azərbaycan Prezidenti İlham

Əliyevin sərəncamı ilə təsdiqlənmiş "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" 30 ildir doğma yurd həsrəti ilə yaşayan soydaşlarımızın layiqli şəkildə geri dönməsinin təmin edilməsi istiqamətində çox mühüm sənəddir. Bu istiqamətdə ciddi maliyyə tutumuna malik çox böyük yol-kommunikasiya, enerji və infrastruktur layihələri həyata keçirilməkdədir.

Almaz Rizvanova,
YAP Xətai rayon təşkilatının "General Şixlinski" ünvanı üzrə ərazi partiya təşkilatının üzvü