14 noyabr 2023 16:16
273

Eriksen 1 ay oynamayacaq

"Mançester Yunayted"in futbolçusu Kristian Eriksen 1 ay oynamayacaq.

"İki sahil" "Sky Sports"a istinadən xəbər verir ki, danimarkalı yarımmüdafiəçi "Luton"la matçda zədələnib.

"Qırmızı-şeytanlar"ın digər oyunçusu Rasmus Hoylund da sözügedən görüşdə zədələnib. Onun noyabrın sonuna qədər meydana çıxa bilməyəcəyi açıqlanıb. 

Hər iki danimarkalı oyunçu millinin heyətindən kənarlaşdırılıb.