14 noyabr 2023 00:58
315

Xankəndi: Parad hayları başa saldı ki...

Zəfər Günü təkcə Azərbaycanda deyil, Hayastanda da güclü rezonans doğurub. Ancaq bir fərqlə-bizdə bayram ovqatı yaradıb, orada isə yas qurulub. Göz yaşları axıdan kim, asi düşən kim, himayəçiləri söyüb yamanlayan kim, hakimiyyətə lənət oxuyan kim...

Beləliklə, Prezident İlham Əliyevin Xankəndidə tribunada Zəfər paradını qəbul etməsi, paradda Ermənistan silahlı qüvvələrinə məxsus qənimət kimi götürülmüş hərbi texnikaların və silahların nümayiş etdirilməsi Ermənistan cəmiyyətində, xüsusilə ölkənin daxili siyasi sistemində zəlzələ effekti yaradıb. Artıq nəyəsə ümid edən haylar hesab ediblər ki, 100 ildən bəri apardıqları mübarizə bitdi. Səsli və səssiz ittihamlar baş alb gedib, hamı günahkar axtarıb, başları pərişanlıqla sinələrinə əyilib.

İndiyə qədər qondarma “artsax” ideyasına ümid edən erməni revanşistlərin və daşnakların arzuları Xankəndidə keçirilən paraddan sonra alt-üst olub. Artıq anlamağa başlayıblar ki, "artsax", "miatsum", "status" və başqa sarsaq ideyalar gorbagor olub getdi. Əlləri hər yerdən üzülmüş hayların baş nazir Nikol Paşinyanı söyməkdən və qeybətini qırmaqdan savayı əllərindən heç nə gəlmir.

Erməni şərhçi Edik Andreasyanın Nikol Paşinyanı nəzərdə tutan “Karvanbaşının növbəti macəraları” adlı məqaləsi bu mənada  xüsusilə diqqət çəkir. O yazır ki, Xankəndidə keçirilən hərbi parad barədə Nikol Paşinyan danışmalı və sosial şəbəkə hesabında yazmalıdır: “Mənim, yaxud bizim nəsə deməyimiz heç nəyi dəyişdirmir. Paşinyan danışsa, bəlkə nəyəsə ümid etmək olardı. Hərçənd, Nikoldan nəsə gözləmək də mənasızdır. O, baş bazir kreslosunda əyləşib və Qarabağla bağlı baş verənləri sakitcə müşahidə edir. Əliyev isə Xankəndidə “artsax”ın gerbini sökdü, “bayrağını” yerə tulladı, nümayişkaranə şəkildə binaya daxil oldu və pəncərəni açaraq, “artsax”ın qoxusunun belə ləğv edildiyinə dair incə bir mesaj verdi. Ermənistan hakimiyyəti isə ermənilərə hər şeyi unutmağı tövsiyə edir, bəyan edirlər ki, “artsax” artıq yoxdur”. Yəni, qaxılıb oturun "ana Hayastan"ınızda".

Hayların belə kövrək anlarında Andreasyan sanki onların yaralarına duz səpib. Deyib ki, biz ermənilərin çarəsi ona qalıb ki, ana Hindistana geri qayıdaq, öz əcdadlarımızın uyuduğu torpaqlara gedək. Bununla o, tarixçilərin erməniləri Hindistan qaraçıları hesab etmələrini təsdiqləyib. Andreasyan bildirib ki, haylar Qafqaza, Dəclə-Fərat sahillərinə Hindistandan gəliblər. Lənətlik Stepan Şaumyan öldürüləcəyini bilərək 1918-ci ildə Hindistana qaçmış və orada da cəhənnəmə vasil olmuşdur.

Fikrimizi burada yekunlaşdırsaq deyə bilərik ki, Xankəndidə keçirilən möhtəşəm paradla Ermənistanın "qanlı marafon"una son qoyuldu.

Vəli İlyasov, "İki sahil"