13 noyabr 2023 11:07
287

İsrail millisi Kosovoya uduzdu

Avro-2024 seçmə mərhələsinin İ qrupunun 8-ci turunun təxirə salınmış oyunu keçirilib.

“İki sahil” xəbər verir ki, İsrail Kosovonun qonağı olub. Matç meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Kosovo - İsrail - 1:0
Qol: Raşiça, 41

Qırmızı vərəqə: Revivo, 90+5 (İsrail)

Görüşün nəticəsindən sonra Kosovo 8 oyundan 10 xalla I qrupunda 4-cü pillədə qərarlaşıb. 7 oyunda 11 xal toplayan İsrail 3-cü yerdədir.

Xatırladaq ki, Kosovo və İsrail yığmaları arasındakı oyun əvvəlcə oktyabrın 15-də Priştinada keçirilməli idi, lakin görüş İsraildəki ağır siyasi vəziyyətə görə təxirə salınmışdı.