12 noyabr 2023 23:09
293

Türkiyə Superliqası: "Fənərbağça" yenidən liderliyə yüksəlib

Futbol üzrə Türkiyə Superliqasında XII tura yekun vurulub.

“İki sahil” xəbər verir ki, turun son matçında "Fənərbağça" səfərdə "Adana Demirspor"un qonağı olub. Matçda hesab açılmayıb və tərəflər hərəyə 1 xal qazanıblar.

Bu nəticə ilə xallarını 31-ə çatdıran "Fənərbağça" yenidən liderliyə yüksəlib. 22 xalı olan "Adana Demirspor" isə üçüncü pillədə qərarlaşıb.

Günün digər görüşlərində "Beşiktaş" "Başakşehir"i, "Rizespor" "İstanbulspor"u, "Pendikspor" isə "Samsunspor"u 1:0 hesabı ilə məğlub edib.