12 noyabr 2023 20:56
307

“Qarabağ” “Səbail”ı məğlub etdi

Bu gün Misli Premyer Liqasının 13-cü tura yekun vurulub.

“İki sahil” xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən oyunda “Qarabağ” “Səbail”i qəbul edib.

Qarşılaşmanın 8-ci dəqiqəsində Toral Bayramov hesabı açıb. 43-cü dəqiqədə isə Yassin Benzia ağdamlıların üstünlüyünü iki topa çatdırıb. 54-cü dəqiqədə isə Juninyo fərqi üç topa çatdırıb.

Matçın 76-cı dəqiqədəsində Pedro Nuno buraxılan qollardan birinin əvəzini çıxsa da bakılıların bundan artığına gücü çatmayıb.

Misli Premyer Liqası,

13-cü tur

12 noyabr (bazar)

19:00. “Qarabağ” 3–1 “Səbail”

Qollar: Toral Bayramov, 8 (1-0), Yassin Benzia, 43 (2-0) Juninyo, 54 (3-0), Pedro Nuno, 76 (3-1)

Hakimlər: Rəvan Həmzəzadə, Elşad Abdullayev, Vüsal Məmmədov, Kamal Umudlu

Tofiq Bəhramov adına Respublika Stadionu

Turun digər oyunlarının nəticələri:

16:30. “Zirə” 1–0 “Qəbələ”

11 noyabr (şənbə)

“Turan Tovuz” 2–3 “Sabah”

“Neftçi” 1–2 “Sumqayıt”

10 noyabr (cümə)

“Araz-Naxçıvan” 0–1 “Kəpəz”