12 noyabr 2023 18:02
282

"İnter" onunla müqaviləni uzadır

Hücumçu Lautaro Martines tezliklə "İnter"lə müqaviləsini uzada bilər.

“İki sahil” xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb. Bildirilib ki, 26 yaşlı futbolçu 2028-ci ilin yayına qədər yeni müqavilə imzalayacaq. Müqaviləyə əsasən, futbolçunun maaşı 8 milyon avroya yüksələcək. Hazırda o, ildə 6 milyon avro qazanıb. Lautaro üçün "İnter" maaş limitini pozacaq.

Qeyd edək ki, Martines 2023/24 mövsümünün 15 matçında  14 qol vurub və 2 qolun ötürməsini verib.