Almaniya Bundesliqasında 11-ci turun növbəti oyunları keçirilib.
“İki sahil” xəbər verir ki, "Bavariya" öz meydanında "Haydenhaym"a 4 qolla qalib gəlib. Dortmund "Borussiya"sı isə "Ştutqart" səfərində uduzub.
11 noyabr
"Auqsburq" - "Hoffenhaym" -1:1
Qollar: E.Demiroviç, 53 - V.Veqorst, 23
"Bavariya" - "Haydenhaym" - 4:2
Qollar: H.Keyn, 14, 44, R.Gerreyro, 72, E.Şupo Motinq, 85 - T.Klendinst, 67, J.Beste, 70
"Darşmtadt" - "Maynts" - 0:0
"Ştutqart" - "Borussiya" (Dortmund) - 2:1
Qollar: D.Undav, 42, S.Girassi, 83 (pen.) - N.Fulkruq, 36
"Bohum" - "Köln" - 1:1
Qollar: L.Daşner, 25 - D.Selke, 54
Bu nəticələrdən sonra "Bavariya" xallarını 29-a çatdırıb və liderliyə yüksəlib. Bir oyun az keçirən "Bayer" 28 xalla 2-ci, "Ştutqart" 24 xalla 3-cüdür.