PSJ Fransa Liqa 1-in 12-ci turunun mərkəzi oyununda səfərdə "Reyms"lə qarşılaşıb.
“İki sahil” xəbər verir ki, matç qonaq komandanın 3:0 hesablı qələbəsi ilə başa çatıb. Sözügedən görüşdə Kilian Mbappe het-trik edib.
"Reyms" - PSJ - 0:3
Qollar: Mbappe, 3, 59, 82
Bu qələbə ilə xalını 27-ə (12 oyun) yüksəldən Paris təmsilçisi turnir cədvəlində yenidən 1-ci pilləyə yüksəlib. "Nitsa" 26 xalla (12 oyun) 2-ci, "Monako" 23 xalla (11 oyun) 3-cü, "Reyms" 20 xalla (12 oyun) 4-cüdür.