11 noyabr 2023 23:32
343

"Yuventus" liderliyə yüksəldi

"Yuventus" İtaliya A seriyasında 12-ci tur oyununa çıxıb.

“İki sahil” xəbər verir ki, Turin təmsilçisi "Kalyari"ni qəbul edib. Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

"Yuventus" - "Kalyari" - 2:1
Qollar: Bremer, 60 (1:0), Ruqani, 70 (2:0), Dossena, 75 (2:1)

Bu qələbə ilə xalını 29-a çatdıran (12 oyun) "Yuventus" turnir cədvəlində liderliyə yüksəlib. Ancaq 28 xalı olan (11 oyun) "İnter" sabah "Frosinone"yə qalib gəlsə, yenidən liderliyi bərpa edəcək. "Milan" 23 xalla (12 oyun) 3-cüdür.