11 noyabr 2023 23:10
374

ABL: "Sabah" turu qələbə ilə başa vurub

Azərbaycan Basketbol Liqasında III tura yekun vurulub.

“İki sahil” xəbər verir ki, sonuncu matçda "Sabah" "Xırdalan"ı 99:87 hesabı ilə üstələyib.

Günün ilk oyununda "Neftçi" "Şəki"yə qalib gəlmişdi - 90:64.

Qeyd edək ki, III turun əvvəlki oyunlarında "Xəzri" "Cəlilabad"ı 89:79, "NTD-İndiqo" "Gəncə"ni 94:76, "Sumqayıt" isə "Sərhədçi"ni 74:70 hesabı ilə üstələyib.