11 noyabr 2023 22:33
389

Renat oynadı, "Qalatasaray" uduzdu

Türkiyə Superliqasında 12-ci turun oyunları keçirilir.

“İki sahil” xəbər verir ki, bu gün Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun çıxış etdiyi "Hatayspor" evdə lider "Qalatasaray"ı qəbul edib. Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

"Hatayspor" - "Qalatasaray" - 2:1
Qollar: Rivas, 14 (1:0), Zaha, 28 (1:1), Ze, 55 (2:1)

Start heyətdə oyuna çıxan Renat Dadaşov 87-ci dəqiqədə əvəzlənib.

"Hatayspor" bu qələbə  17 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb. "Qalatasaray" 31 xalla (12 oyun)  liderdir. Ancaq 30 xalı olan (11 oyun) "Fənərbaxça" sabah "Adana Demirspor"u məğlub etsə, liderliyə yüksələcək.