Misli Premyer Liqasının 13-cü turu çərçivəsində "Sabah" “Turan Tovuz”un qonağı olub.
“İki sahil” xəbər verir ki, qarşılaşmanın 8-ci dəqiqəsində hesabı açan Davit Volkov 26-cı dəqiqədə özünün və “Sabah”ın ikinci qolunu vurub.
Oyunun 35-ci dəqiqəsində penaltini dəqiq yerinə yetirən Fərid Nəbiyev fərqi minimuma endirib. 37-ci dəqiqədə isə Bruno Qonçalves hesabda bərabərliyi təmin edən qolun müəllifi olub.
Qarşılaşmanın 42-ci dəqiqəsində Davit Volkov het-trik edərək qonaqları yenidən hesabda önə çıxarıb.
Matç bu hesabla da başa çatıb.
Qeyd edək ki, tura sabah keçiriləcək 2 oyunla yekun vurulacaq.
Misli Premyer Liqası,
13-cü tur
11 noyabr (şənbə)
19:00. “Turan Tovuz” 2-3 “Sabah”
Qollar: Davit Volkov, 8 (0-1), 26 (0-2), Fərid Nəbiyev, (p.), 35 (1-2), Bruno Qonçalves, 37 (2-2), Davit Volkov 42, (2-3)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Emin Əliyev
Tovuz şəhər stadionu