"Tottenhem" İngiltərə Premyer Liqasında 12-ci tur oyununa çıxıb.
“İki sahil” xəbər verir ki, komanda səfərdə "Vulverhempton"la qarşılaşıb. "Tottenhem" 3-cü dəqiqədə hesabı açsa da, üstünlüyünü sona kimi qoruya bilməyib. London təmsilçisi 90+1 və 90+7-ci dəqiqə qolları ilə uduzub.
"Vulverhempton" - "Tottenhem" - 2:1
Qollar: Conson, 3 (0:1), Sarabia, 90+1 (1:1), Lemina, 90+7 (2:1)
Bu nəticədən sonra "Tottenhem" 27 xalla (12 oyun) 2-ci pillədə qalıb. "Vulverhempton" 13 xalla (12 oyun) 14-cüdür. Turnir cədvəlinə 27 xalla (11 oyun) "Mançester Siti" başçılıq edir.