11 noyabr 2023 18:24
387

"Neftçi" "Sumqayıt"a uduzdu

Misli Premyer Liqasının 13-cü turu çərçivəsində "Neftçi" "Sumqayıt"ı qəbul edib.

“İki sahil” xəbər verir ki, qarşılaşmanın 35-ci dəqqəsində Ataa Caber hesabı açıb.

Fasiləyə məğlub yollanan “Sumqayıt”ın 56-cı dəqiqədə Masaki Muratanın qolu ilə hesabı bərabərləşdirib – 1-1. 69-cu dəqiqədə isə Roi Kehat qonaqların qələbəsini təmin edən qolu “Neftçi”nin qapısından keçirib – 1-2.

Qeyd edək ki, tura sabah keçiriləcək 2 oyunla yekun vurulacaq.

Misli Premyer Liqası,

13-cü tur

11 noyabr (şənbə)

16:30. “Neftçi” 1–2 “Sumqayıt”

Qollar: Ataa Caber, 35 (1-0), Masaki Murata, 56 (1-1), Roi Kehat, 69 (1-2)

Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Müslüm Əliyev, Kamran Əliyev

“Neftçi Arena”