11 noyabr 2023 16:52
338

"Neftçi"nin qapıçısı zədələnib

“Neftçi”nin qapıçısı İvan Brkiç zədələnib.

“İki sahil” xəbər verir ki, qolkiper "Sumqayıt"a qarşı keçirəcəkləri Premyer Liqanın XIII tur oyunundan əvvəl məşq prosesində sıradan çıxıb.

Bud nahiyəsində kəskin dartılmadan əziyyət çəkən oyunçu 2 həftədən sonra məşqlərə qatıla biləcək.

Qeyd edək ki, bu gün reallaşacaq "Neftçi" - "Sumqayıt" matçı saat 16:30-da start götürəcək.