"Milan"ın sabiq texniki diretoru Paolo Maldininin yeni iş yeri müəyyənləşib.
“İki sahil” xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Maldini "Əl-İttihad"ın yeni direktoru olacaq. O, tezliklə Səudiyyə Ərəbistanı klubu ilə müqavilə imzalayacaq.
Qeyd edək ki, "Milan" iyunun 6-da Maldini ilə yollarını ayırmışdı. Paolo 2019-cu ildən bu vəzifədə çalışırdı.
Qeyde dək ki, “Əl-İttihad” rəhbərliyi klubun baş məşqçisi Nuno Espirito Santunu istefaya göndərib. Komanda hazırda Səudiyyə Ərəbistanı çempionatında 5-ci yerdədir.