Misli Premyer Liqasında 13-cü tur davam edir.
“İki sahil” xəbər verir ki, 2-ci oyun günündə 2 matç keçiriləcək. Əvvəlcə "Neftçi" evdə "Sumqayıt"ı qəbul edəcək. Oyun saat 16:30-da başlayacaq.
Digər görüşdə isə "Sabah" "Turan Tovuz"un qonağı olacaq. Bu oyun saat 19:00-da start götürəcək.
Qeyd edək ki, tura sabah keçiriləcək 2 oyunla yekun vurulacaq.
Misli Premyer Liqası,
13-cü tur
11 noyabr (şənbə)
16:30. “Neftçi” – “Sumqayıt”
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Müslüm Əliyev, Kamran Əliyev
“Neftçi Arena”
19:00. “Turan Tovuz” – “Sabah”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Emin Əliyev
Tovuz şəhər stadionu
12 noyabr (bazar)
16:30. “Zirə” – “Qəbələ”
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Kamran Bayramov, Rauf Allahverdiyev
Zirə İdman Kompleksinin stadionu
19:00. “Qarabağ” – “Səbail”
Hakimlər: Rəvan Həmzəzadə, Elşad Abdullayev, Vüsal Məmmədov, Kamal Umudlu
Tofiq Bəhramov adına Respublika Stadionu
10 noyabr (cümə)
“Araz-Naxçıvan” – “Kəpəz” - 0:1