10 noyabr 2023 19:58
338

"Beşiktaş"ın yeni baş məşqçisi

Burak Yılmazın istefasından sonra "Beşiktaş"ı çalışdıracaq baş məşqçinin adı müəyyənləşib.

“İki sahil” "NTV Spor"a istinadla xəbər verir ki, "qara qartallar" Rıza Çalımbaya tapşırılıb. Onun ilkin olaraq dekabrın 3-nə qədər komandaya rəhbərlik etməsi ilə bağlı razılıq əldə olunub. Daha sonra isə rəhbərliklə Çalımbay arasında görüş olacaq və növbəti qərar veriləcək. 

Qeyd edək ki, futbolçu kimi uzun illər (1980-1996) "Beşiktaş"da çıxış etmiş və komandanın kapitanı olmuş 60 yaşlı məşqçi 2005-ci ildə İstanbul klubunu çalışdırıb.